Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2344/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 3M-420 nömrəli borc müqaviləsinə əsasən 4000 (dörd min) manat, xx.xx.2018-ci il tarixli 3M-2950 nömrəli borc müqaviləsinə əsasən 3000 (üç min) manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 (doxsan) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 53 saylı notariat ofisində onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 3M-420 nömrəli və xx.xx.2018-ci il tarixli 3M- 2950 nömrəli borc müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 4000 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3000 manat məbləğində olmaqla ümumilikdə 7000 manat vəsait borc olaraq verilmişdir. Həmin müqavilələrdə öhdəliyin icra müddəti keçsə də, həmin vəsait ona geri qaytarılmamışdır. Sözügedən müqavilələr üzrə icra qeydləri verilmiş və Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Həmin icra qeydi üzrə məcburi icra hərəkətlərinin dairəsi məhduddur. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, icra qeydləri üzrə icra sənədi geri qaytarılmışdır. Hal-hazırda icra şöbəsində icra qeydi yoxdur. Cavabdeh borcdan heç bir ödəniş edilməmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Qaziyev X1 Rəhim Kamal oğluna xx.xx.2020-ci il tarixədək ödənilməsi şərti ilə faizsiz olaraq 3000 manat məbləğində pul borc vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Qaziyev X1 Rəhim Kamal oğluna xx.xx.2021-ci il tarixədək ödənilməsi şərti ilə faizsiz olaraq 4000 manat məbləğində pul borc vermişdir. İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, ünvan 2n xüsusi notariusu X2 16 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4000 manat məbləğində pul İddiaçı xeyrinə Cavabdeh tutulması və Cavabdeh tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulmasını təklif edir. İş materiallarına əlavə edilmiş ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, ünvan 2n xüsusi notariusu X2 24 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat məbləğində pul İddiaçı xeyrinə Cavabdeh tutulması və Cavabdeh tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulmasını təklif edir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin icra edilməyən və ya qismən icra edilmiş icra edilmiş məhkəməyə və digər orqana qaytarılması haqqında 22 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 2n xx.xx.2022-ci il tarixli 8İ-11045 saylı icra qeydinin icraata geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin icra edilməyən və ya qismən icra edilmiş icra edilmiş məhkəməyə və digər orqana qaytarılması haqqında 22 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 2n xx.xx.2022-ci il tarixli 8İ-11138 saylı icra qeydinin icraata geri qaytarılması qərara alınmışdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, İddiaçı müqavilələr üzrə öz öhdəliyini yerinə yetirərək cavabdehə 7000 manat məbləğində borc vermiş, lakin Cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək müqavilələrin şərtlərini pozularaq borcunu vaxtında qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 (doxsan) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən 4000 (dörd min) manat, xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 3000 (üç min) manat olmaqla, cəmi 7000 (yeddi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 (doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2344/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2344/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver