Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2346/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.2009-cu il təvəllüdlü X2 və 04.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh keçmiş aliment borclarını ödəmir. Bir dəfə həbs olunub. Yenə də məhkəməyə müraciət etmişlər. Keçən ildən yığılmış aliment miqdarı 1430 manatdır. 2022-ci ilin yanvar ayının ödənişi olub, lakin digər aylar ödəniş olunmayıb. 2500 manat aliment borcu yığılmışdır. Cavabdeh turizm işi ilə məşğul olur. Hər şeyə pul tapır, amma aliment ödəməyə pul tapmır. Alimentin artırılmasını övladlarına görə, onların təhsil və yaşayış səviyyələrinin yaxşılaşması üçün istəyir. Bir ana kimi bütün məsuliyyət onun üzərindədir. Cavabdeh uşaqları evlə təmin etməyib, aliment ödəmir. İddiaçı “Ləzzət” şirniyyat evində işlədiyini, səhər gedib, axşam gəldiyin, 368 manat əmək haqqı aldığını, uşaqların birinin 13, digərinin isə 11 yaşı olduğunu, məktəbi hər ikisinin əla qiymətlərlə oxuduğunu, onların hazırlıq, digər təhsil xərclərini, yemək-içməklərini və ümumi yaşayış xərclərini qarşılamaqda çətinlik çəkdiyini, uşaqların özlərinin hər şeyin yaxşı səviyyədə olmasını tələb etdiklərini bildirmiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İV №280321 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 14.03.2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İV №28032 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, 04.04.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ № 282714 seriya nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 10.08.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1602/2017 saylı 16.05.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2008-ci il tarixli, 71№li akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, qarşılıqlı iddianın təmin edilməsi, 14 mart 2009-cu il təvəllüdlü X2 və 04.04.2011-ci il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün Nəsibova (İbrahimova) Ramilə Məhəmməd qızının yanında qalmaları, Cavabdeh 16.05.2017-ci il tarixdən hesablanmaqla hər ay 14.03.2009-cu il təvəllüdlü X2 və 04.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 140 manat, 280 manat sabit pul məbləğində alimentin tutularaq Nəsibova (İbrahimova) Ramilə Məhəmməd qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, 14.03.2009-cu il təvəllüdlü X2 və 04.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-1607/2017 saylı, 16.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarı artırılsın. 14.03.2009-cu il təvəllüdlü X2 və 04.04.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2346/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2346/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver