Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2354/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Şahin (Mehrəliyeva) Afaq Gülağa qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahin (Mehrəliyeva) Afaq Gülağa qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(001)-9779/2017 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Şahin (Mehrəliyeva) Afaq Gülağa qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şahin (Mehrəliyeva) Afaq Gülağa qızı Cavabdeh ilə 05 oktyabr 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 9779/2017 saylı qətnaməsi ilə cavabdehlə aralarında Binəqədi rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 960 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmamış xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçının yanında qalması və xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladları ilə ünsiyyət saxlamır, onların tərbiyəsində psixi, fiziki, mənəvi inkişafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda uşaqları iddiaçı tərbiyə edir, həm maddi, həm də mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışır. Cavabdehin rəsmi iş yeri olmasa da, fərdi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və gəliri yüksəkdir. Bununla belə cavabdeh məhkəmə tərəfindən müəyyən edilmiş alimenti tam ödəməkdən boyun qaçırır. Məhkəmə tərəfindən iki uşaq üçün müəyyən edilmiş 273,20 manat məbləğində aliment hazırda uşaqların tələbatlarını ödəmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin olunaraq alimentin artırılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra iş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Cavabdehin ərizəsinə 26 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxılmış və məhkəmənin eyni tarixli qərardadına əsasən Cavabdeh etiraz ərizəsi təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2354/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnərək işə mahiyyəti üzə baxılması xx.xx.2022-ci il tarixə saat 14:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməklə o, bu barədə məhkəmə bildirişini qəbul edərək imza etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə sms bildirişlər göndərilmişdir, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşlar, onların ataları Cavabdeh, anaları isə Şahin (Mehrəliyeva) Afaq Gülağa qızıdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(001)- 9779/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2027-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı (Mehrəliyeva) Afaq Gülağa qızı verilməsi qət edilmişdir. - Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 yanvar 2018-ci il tarixdə verilən AZ-İ seriyalı 283947 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Şahin (Mehrəliyeva) Afaq Gülağa qızı arasında olan nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 273,20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat aliment hazırda yetərli deyil və iki uşağın birlikdə gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli 2(001)-9779/2017 saylı qətnaməsi müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün Cavabdeh 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2354/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2354/2022
21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver