Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2359/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.11.2019-cu il tarixli EKK-004321 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 3415 manat əsas borcun, icranı gecikdirdiyinə görə illik 5 faiz olmaqla 2 il 1 ay üçün 358,60 manat habelə 50 manat cərimənin, ümumilikdə isə 3823,60 manat vəsaitin və ödənilmiş 58,23 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC ilə bağlanılmış 14.11.2019-cu il tarixli EKK-004321 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 4746,70 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 648,70 manat ödəniş etmiş, qalıq 4098 manatı 12 ay müddətində hər ay 341,50 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, borcdan 683 manat ödəsə də, qalıq borcu 3415 manatdır. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, 24.11.2021-ci il tarixli 070 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Qeyd olunur ki, müqavilənin 2.3-cü bəndinə əsasən bu Müqavilələrin 1.1-ci bəndində göstərilmiş məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilə ilə üzərinə düşən öhdəlikləri və qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Bu halda zərər vurmuş tərəf digər tərəfə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilələrin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi dəyərində cərimə ödəyir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə 02 iyun 2022-ci il tarixə məhkəmənin baxış iclasının təyin edilməsi barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi və mümkünsüzlüyü, bu səbəblərin üzrlü olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 14.11.2019-cu il tarixli, EKK-004321 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 14.11.2019-cu il tarixli, EKK-004321 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə adları çəkilən əşyaları almış və nəticədə 4746,70 manat borc yaranmışdır. İş materiallarında olan 14.11.2019-cu il tarixli İltizamın surətindən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə 4746,70 manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 648,70 manatını ilkin olaraq ödəmiş və qalan 4098.00 manat məbləği isə 12 ay müddətinə aylıq 341.50 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirir, ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmir. Belə ki, qeyd edilən müqavilə üzrə 3415 manat borcu ödənilməmiş olaraq qalmaqdadır. İş materiallarında olan 28.02.2022-ci il tarixli Maliyyə Arayışına əsasən borclu Cavabdeh 14.11.2019-cu il tarixli EKK-004321 saylı nisyə satış müqaviləsi üzrə borcu 3415 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, iş materiallarında olan 28.02.2022-ci il tarixli Maliyyə Arayışına əsasən nəzərdə tutulmuş 3415 manat məbləğindəki əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın icranın gecikdirilməsinə görə 5 % pulun və cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin həmin hissələrdə əsassızdır. Məhkəmə hesab edir ki, göstərilən bu tələblə bağlı iddiaçı məhkəməyə istinad etdiyi faktları təsdiq edəcək sübut təqdim etməmişdir. İşin hallarını nəzərə alaraq, 14.11.2019-cu il tarixli müqavilə üzrə məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində göstərilən icranın gecikdirilməsinə görə 5 % pulun və cərimənin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 58,23 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən – 3415 manat həddində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 54,15 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3415 (üç min dörd yüz on beş) manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 54,15 (əlli dörd manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2359/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver