Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2366/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "İddiaçı" LTD-nin cavabdeh Ağalarova Tamı̇ lla Əlı̇ yevnaya qarşı "öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş maddi zərərin tutulması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" LTD cavabdeh Ağalarova Tamı̇ lla Əlı̇ yevnaya qarşı "öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş maddi zərərin tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.040 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət, İsrailin Tel-Aviv şəhərində yerləşir. Fəaliyyət istiqaməti tibbi xidmətlərdir. Təxminən 2015-ci ilin əvvəllərindən etibarən cavabdehin yaxınları şirkətin əməkdaşları ilə əlaqə yaradaraq ona tibbi xidmət göstərilməsi, müalicə prosedurlarının aparılmasının tələb edildiyini bildirmişlər. Bundan sonra münasibətləri davam etdirilmiş, cavabdehə hansı sahədə xidmətlərin göstəriləcəyi ilə bağlı müvafiq məlumatlar, o cümlədən xidmət haqları ilə bağlı ətraflı bilgilər verilmişdir. Daha sonra cavabdeh İsrailə gəlməsinə yardım edilməsinə, bunun üçün viza alınması və təyyarə biletlərinin sifarişi, hava limanında qarşılanma kimi xidmətlərin də göstərilməsini xahiş etmiş və bütün bu xidmətlər də göstərilmişdir. Uzun müddət ərzində üzərinə götürdüyü öhdəliklər icra edilmiş və mütəmadi olaraq verilmiş hesab fakturalara əsasən ödənişlər həyata seçirilmişdir. Ancaq son xidmət göstərildikdən sonra cavabdehin uzun müddət ərzində toplanmış borcu nədənsə ödənilməmişdir. Baxmayaraq ki, son xidmət də lazımi keyfiyyətdə və müddətdə göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdehin uzun müddətli müalicə almasını nəzərə alaraq bir sıra logistik xidmətlərin ödənişi hesab fakturalara əlavə edilməmişdir və həmin xidmətər pasientə hədiyyə edilmişdir. Bakı şəhərində daimi nümayəndəliyi olmadığından cavabdehlə telefon əlaqəsi yaratmaq cəhdləri də boşa çıxmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 427.3, 429.1.3., 442, 447-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439 və 440-cı maddələrini nəzərə alaraq, müəyyən etdi ki, notariat qaydasında təsdiqlənmiş ********* qeydiyyat npmrəli Nizamnaməyə əsasən, iddiaçı "İddiaçı" LTD İzraildə yerləşməklə, orada və xarici ölkələrdə olan tibb mərkəzlərində tibbi diaqnostokanın və müalicənin təşkili və aparılması ilə məşğul olur. Azərbaycan dilinə tərcümə edilərək, notariat qaydasında təsdiqlənmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdeh Ağalarova Tamı̇ lla Əlı̇ yevna 24.09.2015-ci il tarixdən 17.01.2020-ci il tarixinə kimi iddiaçı şirkətin dəyəri cəmi 412.790 ABŞ dolları təşkil edən tibbi və digər xidmətlərindən istifadə etmiş, nəticədə, 18.040 ABŞ dolları borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdeh Ağalarova Tamı̇ lla Əlı̇ yevnadan 18.040 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı İddiaçı LTD Şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Ağalarova Tamı̇ lla Əlı̇ yevnadan 18.040 (on səkkiz min qırx) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı İddiaçı LTD Şirkətinin xeyrinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2366/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2366/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver