Məhkəmə qərarları › İş №2(004)-2390/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2390/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2390/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC BOKT-in Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2214,60 manat, faiz borcu üzrə 1775,63 manat olmaqla, cəmi 3990,23 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 59,90 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 12 ay müddətinə illik 22% olmaqla, 2400 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək hər ay 225 manat pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən olunur ki, Cavabdeh 2376 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüqunun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” müqavilədən müəyyən olunur ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin “özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli, S-FK-951 saylı aktdan müəyyən olunur ki, borclu Cavabdeh məxsus "xxxx" ASC-dəki şəxsi borc hesabından çıxarış və ona dair digər borc sənədləri İddiaçı QSC-yə verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli hesabdan çıxarış vərəqəsindən müəyyən olunur ki, Cavabdeh Nazirlər Kabinetinin Sərəncamına əsasən razılaşdırılmış siyahı üzrə borcunun məbləği xx.xx.2017-ci il tarixə əsas borc üzrə 2214,60 manat və faiz borcu üzrə 1775,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 5012 saylı tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini həyata keçirən İddiaçı QSC-nin tabeliyində yaranmış hüquqi şəxs statuslu qurum “X3 Edilməsi Agentliyi” MMC borclu Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 4092 saylı bildirişdən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini həyata keçirən İddiaçı QSC-nin tabeliyində yaranmış hüquqi şəxs statuslu qurum “X3 Edilməsi Agentliyi” MMC borclu Cavabdeh borc qalığının hissəvi şəkildə ödənilməsinə dair restrukturizasiya müqaviləsinin bağlanmasını təklif etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5035 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 05 iyul 2021-ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) "xxxx" ASC-yə olan borcu 3544,64 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 2214,60 manat, faiz borcu üzrə 450,67 manat; 01 yanvar 2017-ci il tarixə əsas borc üzrə 2214,60 manat, faiz borcu üzrə 752,10 manat və faiz borcu üzrə (5%-lə) 301,43 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsi üzrə 2214,60 manat əsas borc, 450,67 manat faiz borcu olmaqla, cəmi 2665,27 manat borc və 46,65 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 6898 saylı kredit müqaviləsi bağlanmış, bank 2400 manat məbləğində pulu illik 22 faiz olmaqla, 12 ay müddətinə borcalana vermişdir. Borcalan isə krediti qəbul etmiş və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivləri üzrə tələb hüqunun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” müqavilə ilə "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin “özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. Beləliklə, borclu Cavabdeh qarşı qalıq borcun tələb hüququ İddiaçı QSC-yə ötürülmüş və xx.xx.2017-ci il tarixli, S-FK- 951 saylı akt ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair borclu Cavabdeh məxsus şəxsi borc hesabından çıxarış və ona dair digər borc sənədləri İddiaçı QSC-yə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsini həyata keçirən İddiaçı QSC-nin tabeliyində yaranmış hüquqi şəxs statuslu qurum “X3 Edilməsi Agentliyi” MMC borclu Cavabdeh restrukturizasiya müqaviləsini bağlamağı təklif etsə də, qurumun mübahisənin həlli yönündə göstərdiyi tədbirlər nəticəsiz qalmışdır. Belə ki, məhkəmə hesab edir ki, müqaviləyə əsasən borcverən öhdəliklərini yerinə yetirmiş, 2400 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyinə əsasən müqavilənin bitdiyi tarixə faiz borcu 450,67 manat təşkil etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli və faiz borcu ekspert rəyinə müvafiq olaraq 450,67 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 59,90 manat məbləğində dövlət rüsumunun 46,65 manat hissəsi Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli, qalan hissədə ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 60 manatı Cavabdeh, 40 manatı isə İddiaçı QSC BOKT-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2214,60 manat əsas, 450,67 manat faiz borcu olmaqla, cəmi 2665,27 manat borc və 46,65 manat dövlət rüsumu tutularaq iddiaçı Aqrarkredit QSC BOKT-a ödənilsin. İş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərcinin 60 manatı Cavabdeh, 40 manatı isə iddiaçı Aqrarkredit QSC BOKT-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar