Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2405/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzildən çıxarılmaqla, istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “mənzildən çıxarılmaqla, istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisində olan 2 otağından çıxarılmaqla, istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) onun mərhum əri X7 məxsus olmuşdur. X9 26.09.2017-ci il tarixdə vəfat etdikdən sonra 29.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) miras əmlak kimi onun mülkiyyətinə keçmişdir və ona 21.10.2019-cu il tarixli elektron çıxarış verilmişdir. Onun yaşadığı evin faktiki sahələri - 4,3 kv.m, 18,4 kv.m, 8,1 kv.m, 3,4 kv.m, 15,8 kv.m, 13,0 kv.m olmaqla, ümumi sahəsi 50 kv.m və həyətyanı sahəsi 13 kv.m-dən ibarətdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi ilə onun Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisində olan 2 otağına köçürülməsi qət edilmişdir. Cavabdehlər ona məxsus “B” tikilisində olan 2 otağı zəbt edərək mənzil üzərində onun mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədirlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X10 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının mərhum əri X9 əvvəllər onlara qarşı eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli qətnaməsi ilə X4 onların mənzildən çıxarılmalarına dair iddiası rədd edilmiş, cavabdehlər Cavabdeh1 və X3 Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 16.02.2001-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qüvvədədir. Onların yaşadıqları evin faktiki sahələri - 14,5 kv.m, 8,1 kv.m, 4,9 kv.m, 6,1 kv.m olmaqla, ümumi sahəsi 33,6 kv.m və həyətyanı sahəsi 12 kv.m-dən ibarətdir. Onlar özlərinə aid sahədə daimi qeydiyyatda olmaqla yaşayırlar. X9 onların yaşadıqları sahəni də öz adına özəlləşdirdiyinə görə, çıxarış ala bilmirlər. Onların yaşadıqları sahəni onun nənəsi Asya Məmmədova mərhum Kamranın atası X2 1956-cı ildə pulla satın alıb və həmin vaxtdan orada yaşamaqla öz şəxsi əmlakları kimi istifadə edirlər. Onların yaşadıqları evin iddiaçıya heç bir aidiyyatı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və digər cavabdeh X3 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və rəsmi sənədlərlə müəyyən edilir ki, FM seriyalı 036774 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30/311 nömrə qeydiyyat nömrəsi ilə 24.05.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. X9 26.09.2017-ci il tarixdə vəfat etdikdən sonra 29.03.2018-ci il tarixli 2v-266 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) miras əmlak kimi İddiaçı mülkiyyətinə keçmişdir və bu barədə onun adına 21.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. 21.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Baı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yaşayan iddiaçı X4 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh1 və X6 qarşı “Cavabdeh1 və X3 Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh1 və X3 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X3 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın 16.02.2001-ci il tarixli 1MK-150/2001 nömrəli qətnaməsi ilə iddiaçı X4 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini X3 nənəsi Asiya Məmmədova iddiaçı X4 atası X2 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. X10 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X6 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsi 36 saylı evin “B” tikilisində öz mülkiyyətində olan 2 otağa köçürülməsi qət edilmiş, cavabdehlər X3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 2 ünvana dair X7 və İddiaçı verilmiş vərəsəlik şəhadətnamələrinin və bunun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə X3 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli 2(103)-4087/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi - X10 və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli 2(102)- 3005/2020 nömrəli qərarı ilə cavabdehlər X3 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli 2(103)-4087/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2- 1461/2000 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X3 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır və onlar həmin otaqlarda qanuni əsaslarla yaşamaqla, istifadə hüquqlarını həyata keçirirlər. Qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini X3 nənəsi Asiya Məmmədova indiki İddiaçı qaynatası X2 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. X10 özü 1966-cı ildə həmin evdə doğulmuş, arvadı Cavabdeh1 və digər ailə üzvləri ilə birlikdə daimi qeydiyyatda olmaqla qanuni əsaslarla həmin evdə yaşayırlar. Cavabdehlər X3 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikili üzərindəki istifadə hüquqları Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi İddiaçı tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdehlər X3 və Cavabdeh1 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaqdan (y/s-16 kv.m və k/s-18,1 kv.m) ibarət tikili üzərindəki istifadə hüquqlarına, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırkı iş üzrə İddiaçı cavabdehlərə müvafiq pul kompensasiyası verilməyi təklif etməmişdir. Müvafiq kompensasiya ödənilmədən cavabdehlər yaşadıqları evdən çıxarıla bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X5rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “cavabdehlər Cavabdeh1 və X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisində olan 2 otağından çıxarılmaqla, istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2405/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2405/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver