Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2408/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli, MOB03-0817 nömrəli müqavilə üzrə, “İphone X 64 Silve” markalı telefon üçün 1910 manat ödənilməmiş hissə, 1209 manat dəbbə pulu olmaqla, cəmi 3119 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, MOB03- 0817 nömrəli alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 2604 manat dəyərində “İphone X 64 Silve” telefonu almışdır. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq 300 manat ilkin ödəniş etmiş, qalıq 2304 manatı isə hər ay 192 manat olmaqla 12 ay müddətində ödəməməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 195 manat, xx.xx.2019-cu il tarixdə 100 manat və xx.xx.2019-cu il tarixdə 99 manat olmaqla cəmi 394 manat ödəniş edilmiş, qalıq borc 1910 manat, gecikdirmə ilə əlaqədar xx.xx.2019-ci il tarixinə qədər yaranan dəbbə pulu 1209 manat təşkil etmişdir. Borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, Cavabdeh, İddiaçı MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, MOB03-0817 nömrəli müqaviləyə əsasən “İphone X 64 Silve” markalı telefon almış və nəticədə 3119 manat borc yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, MOB03-0817 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə borcu 1910 manat ödənilməmiş hissə, 1209 manat dəbbə pulu olmaqla, cəmi 3119 manat təşkil edir. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, MOB03-0817 nömrəli müqavilə üzrə 1910 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, cəmi 2110 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, MOB03-0817 nömrəli müqavilə üzrə, “İphone X 64 Silve” markalı telefon üçün 1910 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu olmaqla, cəmi 2110 (iki min yüz on) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2408/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2408/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver