Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2422/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 06.12.2007-ci il təvəllüdlü – X2 üçün o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan sabit pul məbləğində aliment tələbinin artırılaraq hər ay 150 manat sabit pul məbləğinin, eyni zamanda cavabdehin əmək haqqının ¼ hissəsi məbləğində aliment məbləğinin, həmçinin əlavə xərc olaraq 70 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı məhkəmə qərarı övladları X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi və əlavə olaraq hər ay 60 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qəbul olunan tarixdən bugünədək cavabdeh aliment borcunu ödəməmişdir. Onun öz övladına biganə münasibət göstərməsi və aliment borcunu ödəməməsi nəticəsində artıq övladlarının təhsil almasında müəyyən problemlər yaranmağa başlamışdır. Belə ki, hal-hazırda övladlarının 15 yaşı var. Bugünədək onun bütün xərclərini özü çəkmişdir. Artıq övladları böyüdüyü üçün onun xərcləri də artdığına görə o xərcləri qarşılamaqda çətinlik çəkir. Cavabdeh nəinki övladının təhsili və tərbiyəsi ilə məşğul olmuş, hətta yuxarıda qeyd etdiyi kimi, dövlətin adından çıxarılan məhkəmə qətnaməsini də icra etməyərək aliment ödəməsindən qəsdən yayınır. Eyni zamanda cavabdehin rəsmi gəliri az olduğu üçün onun gəlirinin ¼ hissəsindən əlavə Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı qətnaməsində qeyd olunmuş 60 manat sabit aliment məbləği isə uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın orta məktəbdə təhsil aldığını, eyni zamanda onun sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyimin və s. kimi yaşayış məsrəfləri yetərincə artmışdır. Daha sonra Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında göstərmişdir ki, İddiaçı iddia tələbini aşağıda qeyd olunanlara görə əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı qətnaməsi ilə təyin olunmuş aliment cavabdeh tərəfindən ödənilmir. Belə ki, həmin məhkəmə qətnaməsi icra olunması üçün Yasamal icra Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilmişdir. İddiaçı 30.08.2018-ci il tarixdə Yasamal Rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək alimentin İ.Yuryeviç tərəfindən ona tam şəkildə ödənildiyini, alimentlə bağlı gələcəkdə heç bir iddiası və tələbinin olmayacağını, qeydiyyatda olduğu evlə bağlı İ.Yuryeviçə heç bir tələbinin olmadığını və gələcəkdə olmayacağını, İ.Yuryeviç tərəfindən ona 30.08.2018-ci il tarixdə 10.000 manat ödənildiyini bildirmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-1808/09 saylı, 02.10.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daima öz övladı ilə maraqlanır. İddiaçının iddia ərizəsində yazdıqları uydurmadır. İddiaçı aliment miqdarının artırılması və əlavə xərc olarq 70 manat məbləğin tutulmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən iddiaçı işləyir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının isə işləməsini, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra o iddiaçıya 2620 manat azərpoçt vasitəsilə göndərmiş, bundan əlavə 10.000 manat məbləğində pul vermişdir. Həmin məbləğin iddiaçı tərəfindən nəyə xərcləndiyini bilmək istəyir. O həmin məbləği təyin edilmilş aliment miqdarına hesablanması barədə razılıqları olduğuna görə ödəmişdir. Eyni zamanda o başqa nikahdan olan 3 uşağı üçün də aliment ödəyir. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-10172/2017 saylı, 11.12.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 03 iyul 2007-ci ildə doğulmuş, X7, 15 may 2012-ci ildə doğulmuş X5 və 03 sentyabr 2013-cü ildə doğulmuş X1 üçün hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında X3 xeyrinə aliment ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiak edən cavabdeh etiraz ərizəsində qeyd etdiyi məzmunda izahat verərək tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 395161 saylı Nikahın pozulması haqqında Şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli qətnaməsi əsasında pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20.10.2009-cu il tarixdə, 373 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)- 1808/09 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından olan 06.12.2007-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh övladı X6 yetkinlik yaşına çatana qədər maddi tələbatının ödənilməsi üçün onun aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi və əlavə olaraq hər ay sabit pul formasında 60 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən olumuşdur. İş materiallarında olan İddiaçı 30.08.2018-ci il tarixli Yasamal Rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizəsinin surətinə əsasən ünvan 209-cu il tarixli icra sənədinə əsasən Cavabdeh 20.08.2009-cu il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi və hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Aliment İ.Yuryeviç tərəfindən ona tam şəkildə ödənilmiş, alimentlə bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Qeydiyyatda olduğu evlə bağlı İ.Yuryeviçə heç bir tələbi yoxdur və gələcəkdə olmayacaq. Belə ki, onun tərəfindən ona 30.08.2018-ci il tarixdə 10.000 manat ödənilmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1808/9 saylı 02.10.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 31.08.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1808/09 saylı, 01.09.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanladığı 29.04.2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1808/2009 nömrəli, 01.09.2009-cu il tarixli icra sənədinə əsasən borclu Cavabdeh hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqının ¼ hissəsi miqdarında və 60 manat aliment tutularaq onun xeyrinə ödənilməlidir. Aliment tələbi ilə bağlı 30.08.2018-ci il tarixdə aralarında razılığıa gəlmişlər ki, aliment işinə xitam verildikdən sonra hər ay alimenti mütəmadi şəkildə ödəyəcək, lakin xitam olunduqdan nə əvvəl, nə də sonra aliment məbləğini ödəməmiş və uşağı ilə maraqlanmamışdır. Belə ki, borclu Cavabdeh aliment borcu 36.000 manat təşkil edir. Cavabdeh borcu tam şəkildə ödəməyəcəyi təqdirdə inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etməklərini xahiş edir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı 2(004)-1808/2009 saylı, 17 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “KONTAKT” firmasında elektrik quraşdırıcısı vəzifəsində işləməklə aylıq 860 manat məbləğində maaş alır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından olan 06.12.2007-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh övladı X6 yetkinlik yaşına çatana qədər maddi tələbatının ödənilməsi üçün onun aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi və əlavə olaraq hər ay sabit pul formasında 60 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən olumuşdur. İddiaçı 30.08.2018-ci il tarixli Yasamal Rayon İcra və probasiya şöbəsinə ünvanladığı ərizəsi əsasında Yasamal Rayon İcra Şöbəsinin 31.08.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1808/09 saylı, 01.09.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhər Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon İcra Şöbəsinə 2(004)-1808/2009 saylı, 17 fevral 2022-ci il tarixli məktubu ilə Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini bildirərək aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarına əsasən Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 01.09.2009-cu il tarixli, 2(004)-1808/09 saylı icra sənədi əsasında Cavabdeh övladı X6 yetkinlik yaşına çatana qədər maddi tələbatının ödənilməsi üçün özünün aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi və əlavə olaraq hər ay sabit pul formasında 60 manat məbləğində aliment ödəyir və “KONTAKT” firmasında elektrik quraşdırıcısı vəzifəsində işləməklə aylıq 860 manat məbləğində maaş aldığından aylıq ödənilən məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən çox təşkil edir, habelə Cavabdeh digər nikahdan olan uşaqlarının da saxlanılması üçün vəsait ödəyir. Belə ki, alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, İddiaçı aliment miqdarının artırılması və əlavə xərc olarq 150 manat və 70 manat məbləğin tutulmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2422/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2422/2022
06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver