Məhkəmə qərarları › İş №2(004)-2426/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2426/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2426/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2958/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2958/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 136,60 manat aliment və azyaşlı uşağın 3 yaşı tamam olunanadək hər ay 50 manat sabit pul məbləğində alınaraq ona verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın aylıq yaşayış minimumuna uyğun deyildir. Belə ki, hazirda uşaqlar üçün yaşayış minumumu 175 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, heç bir yerdə işləmədiyini və gəlirinin olmadığını göstərmiş və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2958/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X1 anasının yanında qalması və cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 136.60 manat, uşaq 3 yaşı tamam olunanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 136,60 manat aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşağın saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməli, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar