Məhkəmə qərarları › İş №2(004)-2426/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2426/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2426/2023 04.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3547 AZN əsas, 231,76 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3778,76 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 57,79 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3547 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə gerə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 aprel 2023, çərşənbə axşamı tarixinə "xxxx" KB ASC-yə 3547 AZN əsas, 231,76 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3778,76 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Daha sonra Cavabdeh İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixli, 897nkNAR/22 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 18 faiz olmaqla 3547 manat məbləğində kredit verilmişdir. Həmin vaxt onun bankmaliyyə əməliyyatlarının aparılması qaydaları haqqında ümumi məlumatı olmadığından, iddiaçının müqavilədə ona həddindən artıq şişirdilmiş illik uçot dərəcəsi müəyyən etməsinin qanunsuz olduğunu bilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 29 iyul 2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci ilə qədər Respublika üzrə bank faiz uçot dərəcəsi 7,75 faiz olmuşdur. Yəni iddiaçı ilə onun arasında xx.xx.2022-ci il tarixli, 897nkNAR/22 saylı kredit müqaviləsi bağlanan vaxt Mərkəzi Bankın müəyyən etdiyi faiz uçot dərəcəsi 7,75 faiz olmuşdur. Belə ki, işləmədiyinə görə, eləcə də iddiaçı tərəfindən ona həddindən artıq illik faiz uçot dərəcəsi hesablandığından aylıq kredit faizini ödəyə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək iddia ərizəsini müdafiə etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, 90 gün müddətlə bağlı kredit əməliyyatları zamanı faizlərin hesablanması barədə Mərkəzi Bankın qaydaları mövcuddur ki, bu qaydalar da ləğv olunduğundan 90 gün müddət nəzərə alınmamalıdır. Bu maddə yalnız başqasının əmlakının qanunsuz olaraq saxlanılması zamanı nəzərə alınır. Tərəflə bank arasında hal-hazırda olan münasibətlər zamanı isə faizlə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Elə bank olmayan kredit təşkilatları var ki, 40-50%-lə kredit verirlər. Müqavilə müddəti bitdikdən sonra 3 il ərzində məhkəməyə müraciət etmək hüquqları var. 3547 manat kredit verilib, xx.xx.2023-cü ildə cavabdeh 100 manat pul ödəyib. Ümumi 150 manat ödəniş olunub, faizdən silinib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən ona 7.75 fazidən yuxarı olmayaraq kredit verilməli idi. Lakin sonradan bunu oxuyub bildiyinə görə, hesab edir ki, ona qeyri–qanuni olaraq 18%-lə kredit verilmişdir. Hesab edir ki, iddiaçı bankla yanaşı digər banklar da qeyri qanuni olaraq yüksək faizlə kredit verir. Həmçinin hesab edir ki, iddiaçı bank o ödənişləri dayandırdığı müddətdən 90 gün müddət ərzində onu məhkəməyə verməli idi. Lakin bu müddətə əməl etməyərək, daha gec məhkəməyə müraciət edərək, süni olaraq faizlərin artırılmasına və borcun artmasına gətirib çıxarmışdır. O, 2022-dən bəri hər ay ödəniş edib. 3 ay ərzində işsiz qaldığına görə ödəniş etməmişdir. 3 aydan sonra işə girmiş və hissə-hissə 50-100 manat məbləğində ödənişlər etmişdir. İddiaçı şişirdilmiş məbləğlə onu məhkəməyə vermişdir. Məhkəmə iclasında iştirak edən ekspert X3 izahat verərək bildirmişdir ki, ekspert tədqiqatı nəticəsində əsas borc və faiz borcu hesablanmış və belə bir nəticəyə gəlinmişdir ki, hesabdan çıxarışa əsasən xx.xx.2022-ci il tarixli 897nkNAR/22 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASCyə əsas borcu 3547 manat, faiz borcu isə 232,81 manat təşkil edir. Burada cədvəl məlumatlarına nəzər yetirsək, xx.xx.2022-ci il tarixdə illik 18% olmaqla, 3547 manat pul vəsaiti götürülmüşdür. Həmin pul vəsaitinə görə xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 50,10 manat, xx.xx.2023-cü il tarixində 0,17 manat ödəniş aparılmışdır. Bütün ödənişlər faiz borcundan çıxılmışdır. Aparılan hesablamalar hesabdan çıxarışa uyğun gəlir. Rəydə mexaniki səhv olmuşdur və 150 manat məbləğin faiz borcu əvəzinə əsas borcdan silinməsi qeyd olunmuşdur. Ödənişlər bütövlükdə faiz borcuna yönəldilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3547 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" KB ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 897nkNAR/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün onun Banka 16 yanvar 2023-cü il tarixinə 3547 AZN əsas, 228,95 AZN faiz, 0 AZN cərimə, cəmi 3775,95 AZN borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BANK/PİKMD/1094978 saylı çıxarışdan görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 897nkNAR/22 saylı kredit müqaviləsi üzrə 3547 AZN əsas, 231,76 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3778,76 AZN borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/5326 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 897nkNAR/22 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə olan əsas və faiz borcu əsas borc üzrə 3547,00 manat, faiz borcu üzrə 232,81 manat təşkil edir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/5326 saylı ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC 57,79 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2022-ci il tarixli 897nkNAR/22 saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımı qaydada icra etməmiş və nəticədə 3547 AZN əsas, 231,76 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3778,76 AZN borcu yaranmışdır. Odur ki, məhkəmə iş üzrə sübutları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 9/5326 saylı ekspert rəyini və iddiaçının iddia tələbinin hədlərini rəhbər tutaraq hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlı olduğundan, iddia ərizəsi təmin edilməli, Cavabdeh 3547 (üç min beş yüz qırx yeddi) manat əsas borc, 231,76 (iki yüz otuz bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3778,76 (üç min yeddi yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) manat borc və 57,79 (əlli yeddi manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 57,79 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Habelə ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 3547 (üç min beş yüz qırx yeddi) manat əsas borc, 231,76 (iki yüz otuz bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3778,76 (üç min yeddi yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) manat borc və 57,79 (əlli yeddi manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar