Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2428/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bank Melli İran" Bakı Fılıalının cavabdehlər Cavabdeh1 və Hasani Komsari Hajar Rezaya qarşı "kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Bank Melli İran" Bakı Fılıalı cavabdehlər Cavabdeh1 və Hasani Komsari Hajar Rezaya qarşı "kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14.08.2018-ci il tarixli 66 saylı kredit müqaviləsi üzrə 02.03.2021-ci il tarixə olan 29.982,64 manat əsas borc, 8.783,11 manat faiz borcu, ümumilikdə 38.765,75 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə müəyyən etmişdir ki, iddiaçı hazırkı tələblə artıq cavabdehlərə qarşı iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5217/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X6” Bakı filialı cavabdehlər Hasani X4 və X1 qarşı borc tələbinə dair iddia iddiası təmin edilərək cavabdehlərdən 14.08.2018-ci il tarixli 66 saylı kredit müqaviləsi üzrə 17.07.2019-cu il tarixə olan 38507,85 manat əsas borc, 4236,01 manat faiz borcu, ümumilikdə 42743,86 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5217/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Halbuki, AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı "Bank Melli İran" Bakı Fılıalının cavabdehlər Cavabdeh1 və Hasani Komsari Hajar Rezaya qarşı "kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsinə tələbinə dair" mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2428/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2428/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver