Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2432/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2020-cu il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2618,3 (iki min altı yüz on səkkiz manat 30 qəpik) manat, faiz borcuna 164,08 (bir yüz altmış dörd manat 08 qəpik) manat, dəbbə borcuna görə 152,94 (bir yüz əlli iki manat 94 qəpik) manat, cəmi 2935,32 (iki min doqquz yüz otuz beş manat 32 qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsinə əsasən illik 23 % olmaqla 36 (otuz altı) ay müddətinə 2900 (iki min doqquz yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olmayaraq hər ay 112,26 (bir yüz on iki manat 26 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2618,3 (iki min altı yüz on səkkiz manat 30 qəpik) manat, faiz borcuna görə 164,08 (bir yüz altmış dörd manat 08 qəpik) manat, dəbbə borcuna görə 152,94 (bir yüz əlli iki manat 94 qəpik) manat, borcun cəmi məbləği 2935,32 (iki min doqquz yüz otuz beş manat 32 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2618,3 (iki min altı yüz on səkkiz manat 30 qəpik) manat, faiz borcuna görə 164,08 (bir yüz altmış dörd manat 08 qəpik) manat, dəbbə borcuna görə 152,94 (bir yüz əlli iki manat 94 qəpik) manat, cəmi 2935,32 (iki min doqquz yüz otuz beş manat 32 qəpik) manat pul tutulmalıdır. Ona görədə Cavabdeh xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2618,3 (iki min altı yüz on səkkiz manat 30 qəpik) manat, faiz borcuna 164,08 (bir yüz altmış dörd manat 08 qəpik) manat, dəbbə borcuna görə 152,94 (bir yüz əlli iki manat 94 qəpik) manat, cəmi 2935,32 (iki min doqquz yüz otuz beş manat 32 qəpik) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən ödənişlər edildiyini bildirdi və Cavabdeh xx xxxx 2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2218,30 manat, faiz borcuna 239,43 manat, cərimə borcuna görə 290,86 manat, cəmi 2748,59 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, xx xxxx 2020-cu il tarixdə bankdan 2900 manat məbləğində kredit götürmüşdür. İlk vaxtlar ödənişləri vaxtında etmiş, lakin sonradan maddi çətinliyi ilə əlaqədar ödənişləri edə bilməmişdir. İddia tələbini 2218,30 manat əsas borcun və 239,43 manat faiz borcunun ödənilməsi hissəsində qəbul edir, lakin 290,86 manat hesablanmış cəriməni yüksək hesab edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBNPU-6501 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə illik 23% ödəmək şərtilə 2900 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirmək müqavilə üzrə borcalanın vəzifəsidir. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBNPU- 6501 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxx 2021-ci il tarixinə 2218,30 manat əsas borc, 239,43 manat faiz borcu, 290,86 manat cərimə, cəmi 2748,59 manat məbləğində borcu vardır; xx.xx.2020-ci il tarixli KRD_MEX_RBNPU_180620 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 2900 (iki min doqquz yüz) manat ödəniş edilmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2021-ci il bildirişdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBNPU- 6501 kredit müqaviləsinə əsasən yaranmış cəmi 2935,32 manat borc məbləğini tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə tərəflər arasında bağlanmış kredit müqaviləsini 3 (üç) iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. xx xxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASCdən aldığı kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixli, RBNPU-6501 saylı kredit müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, 2218,30 manat əsas borc, 239,43 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC -nə ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan 290,86 manat cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Bu səbəbdən, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə 50 (əlli) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2218,30 manat əsas borc, 239,43 manat faiz borcu, 50 manat cərimə, cəmi 2507,73 (iki min beş yüz yeddi manat yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2432/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2432/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver