Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2437/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu qaldığı 20500 manat pulu və ödənilmiş 152 manat dövlət rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. O, kasıbçılıqla ailəsini dolandırır. O, fərdi şəxslərdən qızıl-zinət əşyaları alaraq satır və ondan gələn gəlir hesabına ailəsini dolandırır. Kürdəmir rayon sakinlərindən 20000 manat dəyərində qızıl almışdır. Həmin qızılları cavabdeh ondan almaq istədiyini bildirdi. O da, ümumilikdə 30500 manat dəyərində qızıl-zinət əşyalarını ona vermişdir. Cavabdeh həmin qızılları pulundan ona ümumilikdə 10000 manata yaxın pul qaytarmışdır. Hazırda isə ona 20500 manat borcu var. Belə ki, dəfələrlə ona müraciət edərək borcun qaytarılmasını tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. O, bununla bağlı Kürdəmir RPŞ-yə müraciət etmişdir. Lakin orada onun müraciətinin mülki xarakterli olduğunu bildirmişlər. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı qaldırılan İddiaçı istədiyi borc pul və ödədiyi dövlət rüsumunun ondan tutulması iddia tələbi ilə qətiyyən razı deyil. İddia tələbi əsassız və qurama olduğundan tamamilə rədd olunmasını tələb edir. İddiaçı iddia tələbində həddindən artıq şişirdilmiş rəqəmlər yazaraq ondan reallıqda olmayan pul məbləğini tələb edir. Bu isə onun ona qarşı necə qərəzli və düşmən mövqedə olmasından xəbər verir. O, iddiaçıdan bir neçə qızıl əşyası alsa da onların pulunu İddiaçı tam olaraq ödəyib borcunu bağlamışdır. Belə ki, İddiaçı iddia tələbində onun ona 10000 (on min) manata yaxın pul qaytardığını və hazırda 20500 manal borcunun qalmasını özündən uydurub yazsa da bunlar ona qarşı iddiaçının yazdığı şər və böhtanlardır. İddiaçı açıq aşkar tamahkirlik edərək onun qanunlardan qorxduğunu bilərək ondan əlavə pullar qoparmaq məqsədindədir. O, İddiaçı bu günə qədər aldığı qızılların pulu ilə və faizləri ilə birgə 15000 (on beş min) manat pul qaytarmış və iddiaçı ilə tamamilə ödəşmiş, iddiaçıya hər hansı borcu yoxdur. Ona görə də İddiaçı ödədiyi qəbzlərin surətlərini məhkəməyə təqdim edərək iddiaçının məhkəməyə yalan danışdığını və onu şişirtdiyi məbləğlər ilə borclandırmaq istədiyi açıq aydın görünür. İddiaçı ona gəldiyi hədəqorxulara görə, ailə üzvləri ilə yaşadığı ünvana dəfələrlə göndərdiyi tanımadığı şəxslər ilə qorxutduğuna görə əsas məbləğ deyib üzərinə faizlər hesablamaqla ümumilikdə İddiaçı 15000 (on beş min) manat pullar qaytarmış və iddiaçıya hazırda heç bir borcu qalmamışdır. O, bir daha qeyd etmişdir ki, İddiaçı ona qarşı 20500 manat borc pulun və 152 manat ödənilmiş dövlət rüsumunun ondan tutulması tələbi tam əsassız və uydurma olduğundan iddia tələbi ilə qətiyyən razı deyil. İddia tələbinin bütünlüklə rədd olunmasını tələb edir. Onun İddiaçı hər hansı borcu qalmayıbdır. Faizlər ilə birlikdə İddiaçı bu günədək 15000 (on beş min) manat pullar ödəmişdir. İddiaçı iddia ərizəsində ona 20500 manat borclu olmağı barədə yazsa da, bununla bağlı məhkəməyə əsaslı və tutarlı sübut təqdim etmədiyindən, həmçinin həmin məbləği şişirdib onun üzərinə faizlər gələrək mənfəət əldə etmək istədiyindən, ona qarşı pul tələbi və ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı iddia tələbi əsassız olduğundan ona qarşı iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını tələb və xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, 2024-cü ilin yanvar ayının 31-dən oktyabr ayının 11-dək cavabdehə hissə-hissə qızıllar vermişdir. Hal-hazırda cavabdehin ona hissə-hissə borcları qalıb. Cavabdeh tərəfin qaynanası vəziyyətdən xəbər tutanda ona zəng etmiş və ümumi borc məbləğini soruşmuşdur. Həmin vaxt cavabdehin ona 21824 manat məbləğində borcu var idi. Daha sonra yanvar ayında 500 manat, dekabr ayında 800 manat ona ödəniş etmişdir. Lakin geridə qalan məbləği ödəməmişdir. Onun təqdim etdiyi əlyazmada olan məbləğ cavabdehin evində birlikdə yazdıqları məbləğdir. O, qızılları sürücü vasitəsilə cavabdehə göndərmişdir. Cavabdeh də təhvil almışdır. Qızılları götürdükdən sonra cavabdeh ödənişlərini hissə-hissə etmişdir. O, 3 dəfə cavabdehin evində olmuş və həm cavabdehin özü, həm də onun yaxın qohumları o, məhkəməyə müraciət edənədək borcu etiraf etmişlər. Bu barədə disk də təqdim edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızılların qramını 131 manatdan vermişdir. Cavabdeh hər qızıla görə müxtəlif məbləğdə aylıq ödənişlər edirdi. Qızıllar ona məxsus olmayıb. O, sadəcə olaraq həmin satışlardan müəyyən məbləğdə qazanc əldə edirdi. Cavabdehin bızi qızıllara dair borclarını tam olaraq ödəmişdir. Elələri də var ki, onları qismən ödəyib. Qızıllar arasında rus, türk və italyan istehsalı olan qızıllar olub və onları müxtəlif qiymətlərə vermişdir, bəzilərini 135, bəzilərini 140 və s. Qızılların verilməsi ilə bağlı telefon yazışmaları və onun özündə etdiyi qeydlər mövcuddur. Başqa heç bir sənədə imzalamaqla qızılları verməmişdir. O, polisə 21824 manat borcla bağlı şikayət etmişdir. Həmin şikayətdən sonra cavabdeh ona 800 manat və 500 manat olmaqla pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddiaçı ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında borcun olmasını təsdiq edən səs yazısını məhkəməyə təqdim etmişlər. Həmin səs yazısında cavabdeh iddiaçının onu məhkəməyə verdiyinə görə heç bir ödəniş etməyəcəyi barədə xəbərdar etməsi ilə bağlı sübutlar var. İddiaçının tələb etməsinin səbəbi, cavabdehin ödənişləri gecikdirməsi, oktyabr ayından ödəniş etməməsi olmuşdur. Cavabdehin sonuncu ödənişi dekabr ayında 800 manat olmuşdur. Daha sonra cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş olunmamışdır. Bundan başqa iddiaçı tərəfindən Kürdəmir RPİ-ə ötən ilin dekabr ayında müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tamamilə əsassızdır. İddiaçı həmin qızılları faizlə verib. Sübutlar mötəbər deyil. Fotoşəkillərdə olan qızılların həqiqətən qızıl olub-olmaması dəqiq deyil. Sadəcə olaraq iddiaçı cavabdehə müəyyən təzyiqlər etməklə müəyyən ödənişlərin edilməsinə nail olub. Sadə riyazi hesablamalarla da görünür ki, cavabdeh iddiaçıya kifayət qədər böyük məbləğdə ödənişlər edib. İddiaçı öz izahatında da, göstərir ki, sürücü vasitəsilə ödənişlərin edilməsi ilə yolu ilə qızılları verib. Həmin vaxt iddiaçı borcla bağlı ərazi üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Lakin cavabdehin azyaşlı uşağı olduğu üçün polis idarəsinə gedə bilməmişdir. Belə ki, hər hansı borcu və ya ödəniləcək məbləği yoxdur, bütün borcları ödəmişdir. İddiaçının tələb etdiyi məbləğ faizlərdir. Hal-hazırda iddiaçı reallığa uyğun olmayan məbləğlər tələb edir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Kürdəmir Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı 25 dekabr 2024-cü il tarixli məktubuna əsasən araşdırma zamanı müraciətdə inzibati və cinayət tərkibli xəta olmadığı üçün müraciəti işə alınaraq şöbənin dəftərxanasına təhvil verilmişdir. Əlavə olaraq bildirmişdir ki, müraciəti mübahisəli olduğu üçün mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinə əsasən 523915******7411 saylı kart hesabına 200 manat, xx.xx.2024-cü il tarixdə cəmi 250 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 230 manat, xx.xx.2024-cü il tarixdə cəmi 250 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə cəmi 120 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 260 manat, xx.xx.2024-cü il tarixdə 140 manat, xx.xx.2024-cü il tarixdə cəmi 220 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 170 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 120 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə cəmi 260 manat, xx.xx.2024-cü il tarixdə cəmi 780 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə cəmi 300 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə cəmi 380 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024cü il tarixdə 240 manat, xx.xx.2024-cü il tarixdə cəmi 575 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə cəmi 250 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə cəmi 240 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 340 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə cəmi 320 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə cəmi 95 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə cəmi 200 manat, xx.xx.2024-cü il tarixdə cəmi 120 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, cəmi 11290 manat pul köçürülmüşdür. - CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında olan danışıqlara əsasən cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Belə ki, CD diskdə cavabdeh ilə iddiaçı arasında olan danışıqda cavabdeh bildirmişdir ki, “Özüm öz borclarımı bağlayacam Sevər, mənim yerimə nə heç kəs sənə pul verən deyil, nə də bir şey, mən özüm öz borclarımı bağlayacam....” Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçı ilə birlikdə bağçada işləyir. İddiaçıya qızılı ilk dəfə 31 yanvarda ödəniş qarşılığında vermişdir. Ödənişi hissə-hissə edirdi. Cavabdeh tərəfi şəxsən tanımır. İddiaçı ona hal-hazırda ümumi 8000 manat borcu var. O, borcu qaytara bilmədikdən sonra ondan qızılı geri tələb etmişdir. Lakin Sevər xanım qızılın Ceyran xanımda olduğunu bildirmişdir. Belə ki, iddiaçı cavabdeh tərəf onun pulunu qaytardıqda o da ödəniş edəcəyini bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəflə bir dəfə əlaqə saxlamış və ona pulu qaytaracağını bildirmişdir. Daha sonra cavabdehin qaynanası ilə əlaqə saxlamışdır. Qaynanası isə cavabdehin borcu barədə məlumatlı olmadığını ona bildirmişdir. İddiaçının ona olan 8000 manat borcu barədə heç bir yerə müraciət etməmişdir. Cavabdeh ona bildirmişdir ki, iddiaçıya 21000 manat məbləğində borcu var. O, qızılı iddiaçıya vermiş, bununla bağlı heç bir müqavilə və ya qəbz yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçı tərəflə bağçada tanış olmuşdur. Uşaqları həmin bağçada təhsil alırdı. İddiaçıya etibar etdiyi üçün təqribən, 9000 manat məbləğində öz şəxsi qızıllarını ona satmışdır. Əvvəlcə hissə-hissə ödəniş edirdi, lakin daha sonra ödəniş etmədi. Ödənişin qaytarılması ilə bağlı həyat yoldaşı iddiaçının evinə getmişdi. Lakin iddiaçı yoldaşı ilə mübahisə edərək onu polisə şikayət etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfi şəxsən tanımır. Cavabdehlə bir dəfə əlaqə saxlamışdır. Lakin onunla mübahisə edərək, iddiaçı Sevərə borcun olduğunu bildirmiş, pulu yalnız Sevərə verəcəyini bildirmişdir. Cavabdehlə təxminən, 4 ay əvvəl əlaqə saxlamış, yalnız iddiaçı Sevərə borcu olduğunu bildirərək onu polisə verməklə təhdid etmişdir. İddiaçı ilə aralarında qızılların satılması ilə bağlı heç bir müqavilə və qəbz yoxdur. O, qızılı yalnız iddiaçıya satmışdır. Borcla bağlı iddiaçı barədə heç bir yerə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh tərəf hal-hazırda heç yerdə işləmir, iddiaçı isə bağçada işləyir. Qızılı aparıb cavabdehə verirdi. Tərəflər arasında olan münasibətdən xəbəri yox idi. Cavabdeh ona çatdırılmaya görə 5 manat ödəniş edirdi, iddiaçı isə ona heç bir ödəniş etməmişdir. Ona verilən suala cavab olaraq bildirdi ki, qızılın çəkisi və sayı barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçı Kürdəmir rayon sakinlərindən müxtəlif vaxtlarda hissə-hissə alğı-satqı etmək üçün qızıl zinət əşyaları almış, cavabdeh ondan qızıl almaq istədiyini bildirmiş və o, ona müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını vermişdir. Hal-hazırda iddiaçı cavabdehdən 20500 manat pul tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir, ona heç bir borcunun olmadığını qeyd edir. İş materiallarında olan caavbdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 11290 manat məbləğində pul ödəniş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən tədqim edilmiş CD diskə baxış zamanı cavabdeh iddiaçıya bildirmişdir ki, ona olan borcunu özü qaytaracaqdır, digər şəxslərin bu işə aidiyyəti yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında qızılların nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. İddiaçı qalıq borc məbləğin 20500 manat olmasını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərdən də görünür ki, o, iddiaçıya ümumilikdə 11290 manat ödəniş etmişdir. Səs yazısında cavabdehin borcun olmasını bildirməsini məhkəmə hazırki iş üzrə etiraf olaraq qəbul edir. İddiaçı borcun məbləği barədə sübut təqdim edilməməsini, eləcə də cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə dair ümumilikdə 11290 manat ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən, (20500-11290=)9210 manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə olan halda, mülki məhkəmə icraatı üzrə dəqiq, qərəzsiz və mötəbər sübutlara qiymət verərək yekun məhkəmə aktı çıxarmalı olan məhkəmə işdə olan mövcud sübutları qiymətləndirmiş və cavabdehin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyi və qalıq borcunun 9210 manat olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 9210 (doqquz min iki yüz on) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3 zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9210 (doqquz min iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 152 (bir yüz əlli iki) manatın 83,70 (səksən üç manat yetmiş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9210 (doqquz min iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 152 (bir yüz əlli iki) manatın 83,70 (səksən üç manat yetmiş qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2437/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2437/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver