Məhkəmə qərarları › İş №2(004)-2440/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2440/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2440/2022 21.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tələbkar İddiaçı ASC məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız varlanması nəticəsində yaranmış 315,51 ABŞ dolları borcun və 100 manat dövlət rüsumunun borclu Cavabdeh tələbkarın xeyrinə tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2440/2022 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2440/2022 saylı qərardadı ilə borclunun etirazı əsasında mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi” barədə 12 avqust 2020-ci İl tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart borcluya təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdehə məxsus kart hesabı üzrə xx.xx.2020-ci il tarixində RRN **********39, **********85, **********10 nömrəli əməliyyatlar (“card to card”) aparılmışdır, yəni başqa şəxslər tərəfindən cavabdehin kart hesabına pul köçürülməsi əməliyyatı keçirilmiş və iddiaçı bank tərəfindən köçürülən məbləğlər cavabdehin kart hesabına daxil edilmişdir. Lakin sonradan bu əməliyyatı aparan bank tərəfindən (cavabdehin kartına köçürmə həyata keçirən şəxslərə xidmət edən bank) əməliyyatın təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat üzrə ödənilmiş vəsait Bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar Banka 315,51 ABŞ dolları həcmdə ziyan dəymişdir. Qeyd edilən əsasdan cavabdeh əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənlmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə təqdim edilmiş yazılı etirazında bildirmişdir ki, qeyd edilən əməliyyatlar üzrə onun hesabına kart köçürmələri 20 dekabr 2020-ci il tarixdə olmuş və Rusiya vətəndaşı Pugaçeva Sariya tərəfindən 354,9 ABŞ dolları, Rusiya vətəndaşı Bashenova Anna tərəfindən 40,86 ABŞ dolları, Rusiya vətəndaşı Vilisova Svetlana tərəfindən 204,29 ABŞ dolları. Qeyd edilən köçürmələr onun gözlədiyi köçürmələr olmuşdur. xx.xx.2021-ci il tarixdə onun kart hesabından 283,68 ABŞ dolları silinir və üstəlik 315,55 ABŞ dolları borc kimi göstərilir. Banka dərhal müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, “son bir ay ərzində bəzi müştərilərə “card to card” əməliyyatı zamanı vəsait iki dəfə otuzdurulmuşdur (avtorizasiya və presentment zamanı). Əməliyyatların monitorinqi aparılmış və artıq oturulmuş vəsaitlər müştəri hesabından silinmişdir. xx.xx.2020-ci il tarixində 11.39 AZNlik “purchase” əməliyyatı sonrası müştərinin balansı 423,98 ABŞ dolları olmaq yerinə artaraq 1019,65 ABŞ dolları olmuşdur”. Yuxarıda qeyd edilən əməliyyatların iki dəfə ona məxsus karta oturduğunu desələr də, o bununla razılaşmır. Belə bir hal olmadığından hesabdan çıxarış tələb etmişdir. Çıxarışda əməliyyatın bir dəfə olduğu görünür. Bank istədiyi halda hesabdan vəsaiti silib özgəninkiləşdirə bilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələblərini əsaslandırdığı hallar təqdim olunmuş sübutlarla, yəni malliyə arayışı, cavabdehin kart hesabından çıxarış ilə təsdiq edildiyindən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 315,51 (üç yüz on beş ABŞ dolları əlli bir sent) ABŞ dolları borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 100 (yüz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar