Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-246/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızından əsas borc üzrə 4264.83 (dörd min iki yüz altımış dörd, 83 qəpik) manat, faiz borcu üzrə 1988.40 (bir min doqquz yüz səksən səkkiz manat, 40 qəpik) manta olmaqla, cəmi 6253.23 (altı min iki yüz əlli üç manat, 23 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 82.53 (səksən iki manat, 53 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan “AqrarKredit» BOKT QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ABB Premyer Müştəri Xidməti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, N° 273- xx.xx.2014-SM12 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 25% tətbiq edilməklə, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderlərindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kreditin təminatı kimi zamin Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızı ilə xx.xx.2014-cü il tarixdə, N° 273-xx.xx.2014-SM12 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana 5000 (beş min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka əsas borc üzrə 4264.83 (dörd min iki yüz altımış dörd, 83 qəpik) manat, faiz borcu üzrə 1988.40 (bir min doqquz yüz səksən səkkiz manat, 40 qəpik) manat olmaqla, cəmi 6253.23 (altı min iki yüz əlli üç manat, 23 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. İddianın təmin olunmasın xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızına qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının onun nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli “Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Fərmanının 2.3.1-ci bəndinə əsasən İddiaçı BOKT QSC "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək vəzifəsini yerinə yetirir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızı arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014- SM12 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 sonuncu ay 265,61 manat olmaqla hər ay 266,90 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixdə 4750 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin banka 4264,83 manat əsas borcu, 1988,40 manat faiz borcu vardır. İş materiallarında olan cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli 3721 saylı xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərdən 26 sentyabr 2014-cü il tarixli 273xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 10 gün ərzində əsas borcun hesablanmış faizləri və cərimə məbləğini tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8613 saylı, 21 dekabr 2022-ci il tarixli ekspert rəyinə əsasən, iş materialinda olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2014-cü il tarixli 273-xx.xx.2014-SM12 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2016-cı il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4282,81 manat əsas borcu, 1613,56 manat faiz borcu vardır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cı il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 82,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borca dair hissədə iddia tələbi həcmində - 4264,83 manat, faiz borcuna dair hissədə ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 1613,56 manat olmaqla qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). İş materiallarından görünür ki, olan "xxxx" ASC ilə Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızı arasında 26 sentyabr 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2014-cü il tarixli 273xx.xx.2014-SM12 saylı kredit müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 24 ay müəyyən edilmiş və xx.xx.2016-cı il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, kreditor tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2016-cı il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun Şıxəliyeva (Nəsirova) Elnarə Məhərrəm qızından tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 82,53 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 saylı nömrəli kredit müqaviləsi üzrə 4264,83 (dörd min iki yüz altmış dörd manat səksən üç qəpik) manat əsas borc,1613,56 (min altı yüz on üç manat əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi 5878.39 (beş min səkkiz yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) manat və ödənilmiş 82.53 (səksən iki manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 26 sentyabr 2014-cü il tarixli 273-xx.xx.2014-SM12 saylı nömrəli kredit müqaviləsi üzrə 4264,83 (dörd min iki yüz altmış dörd manat səksən üç qəpik) manat əsas borc,1613,56 (min altı yüz on üç manat əlli altı qəpik) manat faiz borcu olmaqla, cəmi 5878.39 (beş min səkkiz yüz yetmiş səkkiz manat otuz doqquz qəpik) manat və ödənilmiş 82.53 (səksən iki manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-246/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-246/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver