Məhkəmə qərarları › İş №2(004)-2477/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2477/2022

05.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2477/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə2, Cavabdeh Hacı oğlunun, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarından istifadəyə maneələrə son qoyulması və qeyri-qanuni (özbaşına) tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26,3 kv.m olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarına cavabdeh tərəfindən edilmiş maneələrə son qoyulması və həmin daşınmaz əmlaka bitişik özbaşına inşa edilmiş tikililərin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26,3 kv.m olan daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Hazırda həmin əmlakda kafe qismində sahibkarlıq fəaliyyəti (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN: **********) ilə məşğuldur. Həmin əmlak 2007-ci ildən etibarən təsərrüfat subyekti (obyekti) olaraq uçota alınmış, vaxtlı-vaxtında dövlət büdcəsinə qanunda nəzərdə tutulmuş qaydada vergilər və digər məcburi ödənişlər ödənilmişdir. İddiaçı kafe fəaliyyətinə başladığı gündən etibarən Bakı şəhərində ticarət, ictimai-iaşə və xidmət obyektlərinin yerləşdirilməsinə dair tələblərinə riayət etmiş və kafenin (obyektin) lazımi istismar şərtlərinə uyğun şəkildə fəaliyyətinə nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq mütəxəssisləri tərəfindən qanunvercilikdə müəyyən edilmiş qaydada həyata keçirilmişdir. Ona məxsus daşınmaz əmlakla cavabdehə məxsus daşınmaz əmlakı ümumi divar birləşdirir. Həmin divar ətrafında sahəni özbaşına zəbt edərək divara bitişik, o cümlədən iddiaçıya da aid olan hissədə, cavabdeh tərəfindən qeyri-qanuni (özbaşına) tikililər (su çəni və sanitar qovşaq fotoşəkillər əlavə edilir) inşa edilmişdir. Həmin qeyri-qanuni tikililər isə iddiaçıya obyektindən istifadəyə əhəmiyyətli dərəcədə maneə törədir. Belə ki, kafenin normal fəaliyyətini təmin etmək məqsədilə müvafiq havalandırma sistemini quraşdırmaq qeyrimümkün olmuşdur. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində onun konstitusion hüquqları kobud şəkildə pozulmuş, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüquqlarından tam şəkildə istifadə etməkdən məhrum edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişlər ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi (İİ Paralelnıy) ev 63 mənzil 1-in mülkiyyətçisidir və həmin mənzildə ailə üzvləri ilə yaşayır. İddiaçıya məxsus yeməkxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi cavabdehə məxsus mənzilin altında yerləşir. Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik hər hansı qanunsuz tikili inşa edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli 002763 nömrəli şəhadətnaməyə əsasən ümumi sahəsi 26,3 kv.m olan ünvan 2 ünvanında yerləşən 129 saylı mağaza 2 209 000 manat qiymətə X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı Çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu Balababa Məcidov küçəsi ev 63 mənzil 1 xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. Reyestr nömrəsi: **********27-05101-093005. Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3422 saylı rəyinə əsasən baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, mübahisəli su çəni xx.xx.2012-ci il tarixli **********27- 05101-093005 reyestr nömrəli Texniki Pasportda öz əksini tapmasa da, mübahisəli sanitar qovşaq həmin texniki pasportda 2 nömrəli tikili olaraq öz əksini tapmışdır. Su çəni və sanitar qovşağının X4 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 26,3 kv.m olan qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneəçilik törədib-törətməməsi subyektiv xarakter daşıdığına görə, qərardadın bu sualının cavablandırılması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Tədqiq olunmuş sübutlarla cavabdehə məxsus su çəni və sanitar qovşağının iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin fəaliyyətinə maneələr yaratması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci 50 manat isə iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. 50 (əlli) manat məbləğində məhkəmə ekspertizası xərci iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar