Məhkəmə qərarları › İş №2(004)-2502/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2502/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2502/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50.000 (əlli min) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, izahatı iddia ərizəsinin məzmununa uyğundur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, qeyd edilən 50.000 manat məbləğində borcdan ona ödəniş olunmayıb, borcu notariusda deyil əlbəəl vermişdir, notariusda isə sadəcə müqavilə bağlanılmışdır. Əlavə olaraq 28000 min dollar məbləğində pulu Ceyhuna vermişdir və bunu rəsmiləşdirməmişdir. Həmin pul 50 mindən əvvəl iş qurulması üçün verilib. 14 min manat məbləğində pulu isə sex üçün xərcləmişdir. Təxminən 2017-ci ildə kondisioner, tikiş maşınları, kameralar alıblar, cavabdeh iş gedəgedə gəlirdən 11 min manat ödəniş etmişdir. Cavabdeh1 vəkilinin sualına iddiaçı cavab olaraq bildirmişdir ki, Ceyhun ona 11 min manat qaytardığı üçün, həmçinin gəlir götürüldüyü üçün 50 min manatı əlavə olaraq Ceyhuna borc vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkilinin sualına cavab olaraq bildirmişdir ki, cinayət işinin başlanmasının rədd olunması qərarından da görünür ki, cavabdeh 11 manat gəlirdən ödəniş etmişdir və lakin iddiaçı ona əlavə olaraq 50 min manat borcun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə dayısı vasitəsilə tanış olmuşdur. Dayısı ilə işləri alınmadığından, onunla işləmişdir. Aralarında müqavilə olmayıb. Türkiyədən paltar gətirib satmaqla məşğul olur. İddiaçı ona 28 min dollar pul vermişdi, 50 min manat həmin puldur. 11000 manatını qaytarmışdır. Qalan borcu qaytarmaq üçün iddaçıya bildirib ki, obyekt almaq fikri var, aldıqdan sonra iddiaçının adına keçirəcək. Notariusda aralarında müqavilə bağlanılmışdır. 50 min manat borc aldığını etiraf edir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddaçı izahatında qeyd etdiyi avadanlıqları onun iştirakı olmadan almışdır. Həmin vaxtı iddiaçı onunla şərik olmayıb, onun dayısı ilə iş görmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, idida tələbini qəbul etmir. 50 min manatın verilməsi təsdiqini tapmır. Tərəflər birgə fəaliyyətlə məşğul olublar. Ziyana düşüblər. 50 min pulun əvəzi olaraq etibarnamə ilə əmlak iddiamıya verilmişdir. Cavabdeh şəxs əsl şəxs deyil. Cavabdeh2 heç bir zaminlik müqaviləsi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Paşa onu Ceyhunla tanış edib. Ona Ceyhuna borca pul vermək istədiyini bildirmiş və bu barədə onun fikrini soruşmuş o isə pul verməyini məsləhət etmişdir. İş materiallarında olan 28.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı (borc verən) Cavabdeh1 (borc alan) 50000 (əlli min) manat məbləğində pul vermişdir. Borcalan 01.11.2018-ci il tarixədək borcverənə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.05.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən olunur ki, 2017-ci ildə Bəşirov X2 Ceyhun Əsəd oğlu ilə şifahi qaydada razılaşaraq şərikli iş görmək qərarına gəlmiş və bu məqsədlə tikiş avadanlıqları alaraq özünün icarəyə götürdüyü sexdə yerləşdirmiş, sözügedən sex fəaliyyətə başladıqdan sonra isə oranın idarə olunmasını Cavabdeh1 həvalə etmişdir. İşlədikləri müddət ərzində o, avadanlıqların və malların aınmasına, işçilərin maaşlarının verilməsinə və işlə əlaqədar olan digər məsrəflərə ümumilikdə 50000 (əlli min) manata yaxın pul xərcləmiş və bu müddət ərzində 11000 (on bir min) manata yaxın qazanc əldə etmişdir ki, həmin məbləği də mənfəət olaraq Cavabdeh1 ona təqdim etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında razılaşmaya əsasən Cavabdeh1 İddiaçı 28.06.2018-ci il taixdə 50000 manat pul almış, həmin məbləği 01.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi borc məbləği üzrə ödəniş etməmişdir. Cavabdeh1 50000 manat borcdan 11000 manat pulun qaytarıldığını bildirsə də, iddiaçıya ödənilmiş 11 min manatın borc müqavilə üzrə ödənildiyini məhkəmədə sübut edə bilməmiş, həmin öhdəliyin icrasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh2 münasibətdə məhkəmə iddianı tam əsassız hesab edir, belə ki iş materialları ilə onun zamin olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, zaminlik münasibətlərinin yaranması üçün tərəflər arasında yazılı müqavilə mövcud olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 50.000 (əlli min) manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 50.000 (əlli min) manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar