Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2513/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 60 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı Şəhəri 60 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Fətəli (X78 küçəsi) 160, mənzil 5 saylı ünvanda 34 kv.m mənzil sahəsindən onun və ailə üzvləri ilə birgə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X12 1971-ci ildən daimi qeydiyyatda olmaqla Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X78 küçəsi 160 saylı (M. Fətəli) ünvanda yaşamışdır. 1975-ci ildə iddiaçı rəsmi olaraq X12 ilə nikaha daxil olaraq Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X78 küçəsi 160 saylı ünvanda rəsmi olaraq qeydiyyata düşmüşdür. Həmin ünvanda yaşayayaşaya 1980-ci ildə qızı X28, 1982-ci ildə Adıgözəlova (İbrahimova), 1999-cu ildə nəvəsi dünyaya gəlmişdir. Yaşadığı mənzilin sahəsi 34 kvadratmetrdir və onunla həmin mənzildə digər ailə üzvləri İddiaçı Fəzili qızı, X28, X22, nəvələri X44, X8, X23 yaşamaqla həmin mənzildə qeydiyyatdadırlar. Mənzilə dair bütün kommunal xərclər (işıq, su, qaz, telefon) 50 ildir ki, iddiaçı tərəfindən ödənilir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə onları məlumatlandırmadan və xəbərsiz olaraq qeyd olunan ünvanda evə dair ********** saylı qeydiyyat nömrəsi olan çıxarış əldə etmişlər və həmin evi əsassız olaraq xüsusi mülkiyyətlərinə keçirmişlər. Bakı şəhəri Texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1978-ci il tarixində X29 1\8 hissə, X13 3\8 hissə verilmiş, 4\8 hissə isə evlər idarəsinin balansında qalmışdır. Yəni qeyd edilən evin 4/8 hissəsi qeyd edilən şəxslərə məxsus olmamışdır. Bu sənədlə saxtakarlıqlara başlayan cavabdehlər rəsmi dövlət orqanlarının köməyi ilə qeyd edilən ünvanı tam olaraq öz mülkiyyətlərinə keçirmələrinə nail olmuşlar. Vəkil sorğusuna Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti, Yasamal rayon X53 birliyinin 60 saylı mənzil komunal Təsərüfat Birliyinin 60 saylı Mənzil komunal sahəsinin 13 dekabr 2024-cü il tarixli 60 saylı məktubla verdiyi cavabdan görünür ki, mərhum əri X48 öğlu xx.xx.1971-ci ildən ölən günədək həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. 1975-ci il tarixindən İddiaçı, xx.xx.1997-ci il tarixindən X28, xx.xx.1999-cu il tarixindən X30, 21,04.1999-cı il tarixindən X45 , xx.xx.2003-cü il tarixindən X8, xx.xx.2007-ci il tarixindən X31 qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhəri Texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1978-ci il tarixində X29 1\8 hissə, X13 3\8 hissə verilmiş, 4\8 hissə isə evlər idarəsinin balansında qalmışdır. Məhkəməyə təqdim edilən Bakı Şəhər Oktyabr Xalq deputatları Soveti İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı qərarından görünür ki, mərhum əri X14 həmin evdə qeydiyyatdadır. Həmin vaxt mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edilib qeydiyyata alınsa da, bu günə qədər mənzil verilməmişdir. İddiaçı bildirir ki, 1972-ci ildən mərhum əri X12, 1975 -ci ildən sonra iddiaçı və ailə üzvləri yaşadıqları mənzildən tam, mübahisəsiz istifadə etmiş, mübahisəsiz sahibliklərində olmuş, kommunal, telefon, su, elektrik, qaz enerjisi xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən halları təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X78 küçəsi 160 ünvanında 1975-ci ildən daimi qeydiyyatda olan İddiaçı, qızı 1980-ci il təvəllüdlü X28, qızı 1982-ci il təvəllüdlü X22, nəvəsi 1999-cu il təvəllüdlü X44, nəvəsi 2003-cü il təvəllüdlü X8, nəvəsi 2007-ci il təvəllüdlü X15 göstərilən ünvanda istifadə hüququnun tanınmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh2 Abasəli oğluna və qeyrilərinə qarşı ünvan 3 ünvanda, 34 kv.m mənzil sahəsindən özünün və ailə üzvlərinin birgə istifadə hüququnun tanınması tələbi barədə iddia ərizəsi əsassız olduğundan rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 Abasəli oğluna və qeyrilərinə qarşı ünvan 3 ünvanda, 34 kv.m mənzil sahəsindən özünün və ailə üzvlərinin birgə istifadə hüququnun tanınması tələbinə dair müvafiq iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum əri X12 1971-ci ildən daimi qeydiyyatda olmaqla ünvan 4 Mənzil İstismar Sahəsinə aid olan, X78 küçəsi 160 saylı (M.Fətəli) qeydiyyatda olmaqla yaşamışdır. 1975-ci ildə o, rəsmi olaraq X12 ilə nikaha daxil olaraq ünvan 4 MİS-nə aid olan M.F.Axundov küçəsi, 160 saylı ünvanda rəsmi olaraq qeydiyyata düşmüşdür. Həmin ünvanda yaşaya-yaşaya 1980-ci ildə qızı X28, 1982-ci ildə Adıgözəlova İ.İbrahimova, 1999-cu ildə nəvəsi dünyaya gəlmişdir. Yaşadığı mənzilin sahəsi 34 kv.metrdir və onunla digər ailə üzvləri İddiaçı, X28, X24, nəvələri X44, X8, X23 yaşamaqla, həmin mənzildə qeydiyyatdadırlar. Mənzilə dair bütün komunal xərclər (işıq, su, qaz, telefon) 50 ildir ki, iddiaçı tərəfindən ödənilir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2, Cavabdeh1, Məmmədova Zemfıra xx.xx.2021-ci il tarixdə bizi məlumatlandırmadan və xəbərsiz olaraq qeyd olunan ünvanda evə dair ********** saylı qeydiyyat nömrəsi olan çıxarış əldə etmiş və həmin evi əsassız olaraq xüsusi mülkiyyətinə keçirmişlər. Etiraz ərizəsində qeyd olunan işin faktiki hallarına görə, Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 160 nömrəli fərdi yaşayış evini 1933-cü ildə babası cavabdehin nənəsi X25 adına almışdır. Həmin evi alarkən evin ümumi sahəsi 0.830 kv m olmuşdur, bundan 0.2778 kv.m yaşayış evi, 0.101 kv m torpaq sahəsi, qalan hissə isə evlə üzbə-üz at saxlamaq yeri olmuşdur. Təxminən 1950-ci illərdə, həmin atların saxlanılması üçün olan hissə naməlum səbəbdən o vaxtkı Oktyabr rayonu MKİİ-nə keçmişdir. Daha sonra həmin ev qanun üzrə vərəsəlik qaydasında cavabdehin anasına və nənəsinin adına keçmişdir. İstər əvvəlki sənədlərdə, istərsə də vərəsəlik işlərində həmin fərdi evin ümumi sahəsi 0,3817 kv.m kimi qeyd edilmişdir. Həmin evə 1967-ci ildə cavabdehin anası X9 adına, o zaman “Qırmızı Çıxarış” deyilən, yəni həm torpaq sahəsini, həm də ümumi evi əhatə edən çıxarış verilişdir. DƏDRX-nin 2011-ci il tarixdə verdiyi Çıxarışda yanlışlıq olduğundan və bunu aşkar etdikdən sonra cavabdeh tərəfindən yenidən DƏDRX-ə müraciət olunmuş və 2021-ci ildə həm evə, həm torpağa düzgün Çıxarış verilmişdir, bu Çıxarış tam qanuni və əsaslı olmaqla cavabdehin hüquqlarının təminatıdır. Bundan başqa, M.Fətəli küçəsi ev 160 da 5 ayrı-ayrı təsərrüfatı olan ailələr yaşayır (cavabdeh öz ailəsi ilə, bacıları Qurbanova Ofeliya və İsayeva Esmira öz ailələri ilə və cavabdehin iki oğlu öz ailələri ilə). Hazırki iddia tələbində qeyd edilən sahə 34 kv.m deyil, 18 kv.m təşkil edir. (Çıxarış əlavə olunur), beləliklə də iddiaçı məhkəməyə təhrif olunmuş sənəd və məlumat verməklə məhkəməni aldadır. İddiaçı özünün və ailə üzvlərinin qeyd olunan sahədən istifadə hüququnun tanınmasını tələb edir, halbuki, iddiaçının qızları ailə qurmuşlar və oradan köçüb getmişlər, iddia ərizəsində qeyd edilən şəxslər onun qızları, nəvələridir. Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 160 nömrəli ev fərdi yaşayış evidir və həmin evin Yasamal rayon, 60 saylı Mənzil İstismar Sahəsinə hər hansı bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini, iddiaçının 1975-ci ildən həmin evdə yaşadığını və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri 60 saylı Mənzil Kommunal İstismar sahəsinin nümayəndəsi X26 iddianı qəbul etdiyini, iddiaçının həyat yoldaşı Əlibalanın 1971-ci ildən, iddiaçının isə 1975-ci ildən həmin evdə yaşadığını və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh2 Abasəli oğlunun adına 6/8 hissədə xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh1 adına 2/8 hissədən 2 otaq (y/s: 39.6 kv.m), Cavabdeh3 2/8 hissədən 2 otaq (y/s: 29.7 kv.m). İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 175563 nömrəli qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X27 ona görə verilmişdir ki, o Bakı şəhəri M.Fətəli küçəsindəki 160 nömrəli yaşayış evi 1)X35, 2)Cavabdeh1, 3)Cavabdeh2 Abasali oğlu, 4)X32, 5) 1/2h Jekin balansında xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 165 nömrəli Reyestr kitabında 6658 səhifə qeydəalma 30 N21554 “22” İX 1998 il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4/4 saylı qərarına əsasən İ.M.Fətəli küçəsi 160-da yaşayan yoldaş X16 4 nəfərdən ibarət ailəsi /özü, həyat yoldaşı, qızı, qızı/ ilə birlikdə yaşadığı yer üzrə mənzil qeydiyyatına qəbul edilsin. İş materiallarında olan Forma 2 nömrəli arayışa əsasən vətəndaş Cavabdeh3 Eyyub qızı M.Fətəli küçəsində 160 nömrəli evdə yaşayır. X1 yoldaşıdır. 1950-ci il təvəllüdlü Cavabdeh3 Eyyub qızı 1967-ci il tarixdə, 1978-ci il təvəllüdlü X33 1994-cü il tarixdə, 1957ci il təvəllüdlü X36 1974-cü il tarixdə 1993-cü il təvəllüdlü X2 1993-cü il tarixdə, 1971-ci il təvəllüdlü X37 1987-ci il tarixdə, 1960-cı il təvəllüdlü X41 1977-ci il tarixdə, 1995-ci il təvəllüdlü X21 2011-ci il tarixdə, 1947-ci il təvəllüdlü X10 1971-ci il tarixdə, 1955-ci il təvəllüdlü İddiaçı 1975-ci il tarixdə, 1980-ci il təvəllüdlü X28 1997-ci il tarixdə, 1982-ci il təvəllüdlü X22 1999-cu il tarixdə, 1999-cu il təvəllüdlü X45 1999-cu il tarixdə, 2003-cü il təvəllüdlü X8 2003-cü il tarixdə, 2007-ci il təvəllüdlü X38 2007-ci il tarixdə daimi qeydiyyata alınmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Zərdab rayon xx.xx.1975-ci il akt kitabının 50-ci səhifəsindən çıxarışa əsasən vətəndaş X12 vətəndaş X39 nikahlarını bağlanmışdır. Nikah bağlandıqdan sonra kişiyə “İbrahimov” qadına “İbrahimova” soyadları verilmişdir. İş materiallarında olan Aəzrbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X63 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2024cü il tarixli, 30 nömrəli arayışına əsasən M.F.Axundov ev 160 mənzil 5 ünvanında vətəndaş X4 ondan ötrü verilir ki, ******* saylı nömrə xx.xx.2008-ci il tarixindən həmin abunentçinin adına işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı Telefon Rabitəsi MMC 1 saylı rabitə xidmətləri mərkəziniin xx.xx.2022-ci il tarixli, 138 nömrəli arayışına əsasən M.F.Axundov, ev 160, mən.5 ünvanda yerləşən (yaşamış), vətəndaş X12 ondan ötrü verilir ki, həqiqətən ******* saylı telefon borcu yoxdur. İş materiallarında olan “Azəriqaz” İB Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2024-cü il tarixli, 14-2-2-4/2-1754/2024 nömrəli məlumatların təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubuna əsasən ünvan 6 ünvanına uyğun **********00050 saylı istehlakçı hesabı təbii qaz istehlakçısı kimi “Azəriqaz” İB-nin məlumatlar bazasında Əlibala İbrahimovun adına qeydiyyatdadır. İş materiallarında olan 02 X79 Sahəsinin xx.xx.2015-ci il tarixli bildirişinə əsasən M.F.Axundov, ev 160, mən.5 olan abonent kodu **********05000 olan İbrahimov Əlibalaya 2 manat məbləğində yekun borc hesablanmışdır. İş materiallarında olan 02 X79 Sahəsinin xx.xx.2015-ci il tarixli bildirişinə əsasən M.F.Axundov, ev 160, mən.5 olan abonent kodu **********05000 olan İbrahimov Əlibalaya 2.10 manat məbləğində yekun borc hesablanmışdır. İş materiallarında olan AZ-İ 518915 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X34 ilə X30 nikahlarını xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 985 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Adıgözəlov”, arvada “Adıgözəlova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 139143 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən X34 xx.xx.2003-cü ildə X5 doğulmuş X6 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 249 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 472650 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X34 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 441 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İİ 319534 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X38 xx.xx.2007-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1384 nömrə ilə qeyd edilmişdir. X3, anası X11r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş AZ-İ 567808 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X45 xx.xx.1999-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 814 nömrə ilə qeyd edilmişdir. X7, anası X18r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İİ 319536 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2003-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 690 nömrə ilə qeyd edilmişdir. X3, anası X11r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3964/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı X19 cavabdehlər Cavabdeh2 Abasəli oğlu, Cavabdeh1 və Cavabdeh3 Eyyub qızına qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1256/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər X20 və X19 Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-602/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abasəli oğluna və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mərhum həyat yoldaşı X12 1971-ci ildən cavabdehlərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, xx.xx.1975-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, həmin tarixdən iddiaçı da həmin evdə yaşamağa başlamış və həmin evə qeydiyyata alınmışdır. Hazırda iddiaçı özünün və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və cavabdeh Bakı şəhəri 60 saylı Mənzil Kommunal İstismar sahəsinin nümayəndəsi iddianı qəbul edərək, iddiaçının mərhum həyat yoldaşı Əlibalanın 1971-ci ildən, iddiaçının isə 1975-ci ildən həmin evdə yaşadığını bildirmişlər. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən edildi ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, İddiaçı 50 ilə yaxındır ki, qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 ünvanında yerləşən fərdi yaşayış evində daimi yaşayır, həmin evə özünün yaşayış yerinə olan ehtiyaclarını təmin etməklə bu müddət ərzində davamlı olaraq sözügedən yaşayış sahəsi ilə bağlılığını qoruyub saxlamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun olması qənaətinə gələrək hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi 160 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, iddiaçı digər şəxslərin hüquq və maraqlarını təmin etmək, onların sözügedən yaşayış sahəsindən istifadə hüquqlarının tanınması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Qanunverciliyin tələbinə əsasən, yalnız hüquqi pozulmuş şəxs müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Bu baxımdan, məhkəmə qeyd olunan hissəyə dair iddiaçının subyektiv hüququnun olmamasını nəzərə alınaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidr. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X78 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-2513/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2513/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver