Məhkəmə qərarları › İş №2(004)-2518/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2518/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2518/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə 11.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 15.07.2005-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onun cavabdehlə birgə nikahdan 15.07.2005-ci il təvəllüdlü X7 adlı övladı vardır. O, 2007-ci ildə aliment tələbi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin 15.01.2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh alimentin miqdarının azaldılması tələbinə dair iddiası qismən təmin edilərək 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bundan sonra Yasamal rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(004)-2845/2019 saylı qətnaməsi ilə Cavabdeh 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)9827/2019-cu il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təyin edilmiş alimentin məbləği hazırki şəraitdə uşağın normal qidalanmasına belə bəs etmir. Ona görə də hesab edir ki, bir uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Əlavə olaraq bildirir ki, cavabdehin hazırda 777 manat alimemt borcu vardır. Suala cavab olaraq bildirir ki, 180 manat məbləğində aliment tutulmasına razı deyil, alimentin 193 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, o, öz uşağını görməkdən məhrum edilmişdir. Əvvəl ananın iştirakı ilə uşaqla ünsiyyət barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Sonra ananın iştirakı olmadan uşaqla görüşmüşdür. Anası uşağa elə təsir etmişdir ki, uşaq onunla görüşəndə heç əlindən yemək də almırdı. 14-15 ildir ki, alimenti ödəyir. Son 2-3 ayda alimenti ödəyə bilməmişdir. Bu da digər övladının xəstəliyi ilə bağlıdır. Hazırda digər evliliyi və həmin nikahdan uşağı var. Həmin uşaq nitq qüsurlu olduğu üçün loqopedə aparır və bu da kifayət qədər xərclidir. Hazırda 193 manat aliment ödəməyə gücü çatmır. Alimentin onun maaşına uyğun tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izhatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(004)-2845/2019 saylı qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan fərdi sahibkar kimi X6 tərəfindən verilmiş arayışa əsasən Cavabdeh X3 istehsal sahəsində memar vəzifəsində çalışır və aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunu və cavabdehin əmək haqqısını nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 26.04.2019-cu il tarixli, 2(004)-2845/2019 saylı qətnaməsi ilə 15.07.2005-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 15.07.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar