Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2526/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1554/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tutulmuş, bir uşaq üçün 160 manat olmaqla iki uşaq üçün 320 manat məbləğində alimentin bir uşaq üçün 220 manat olmaqla iki uşaq üçün 440 manat məbləğində artırılması və mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 160 manat olmaqla cəmi 360 manat məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların tələbatı və müvafiq olaraq xərcləri də artır. İllərdir ki, cavabdeh övladlarına əlavə hər hansısa formada yardım etməmişdir. Maddi imkan kifayət qədər olduğu təqdirdə onları müxtəlif növ məşğələlərə yazdıra, digər növ məşğuliyyətlərlə təmin edərək inkişaf etmələrinə səbəb ola bilər. Cavabdehin verdiyi aliment isə 2019-cu ilin yaşayış minimumu haqqında qanuna əsasən təyin edilən məbləğdir. 4 il keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin məbləğ artırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh 2019-cu ildə qəbul edilmiş qətnaməyə əsasən hər uşaq üçün 160 manat olmaqla 320 manat aliment ödəyir. Hal-hazırda uşaqların saxlanılmasında çətinlik çəkdiyinə görə alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Çünki onun bu uşaqlardan əlavə uşaqları da var. Onların doğum haqqında şəhadətnamələrini məhkəməyə təqdim etmişdir. Həmçinin işləmir və yenidən ailə həyatı qurmuşdur. Onun faktiki olaraq tələb olunan aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1554/2019 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2006-cı il tarixdə 35 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Elekton Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində əldə edilmiş qohumluq məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X7, anası qrafasında X6 yazılmışdır. İş materiallarında olan AZ-İV 420315 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında X6 yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8210 saylı Qəbzdən görünür ki, 3 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1554/2019 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2006-cı il tarixdə 35 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Çünki onun bu uşaqlardan əlavə uşaqları da var. Onların doğum haqqında şəhadətnamələrini məhkəməyə təqdim etmişdir. Həmçinin işləmir və yenidən ailə həyatı qurmuşdur. Onun faktiki olaraq tələb olunan aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Lakin məhkəmə araşdırması zamanı Elekton Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində əldə edilmiş qohumluq məlumatlarından müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı iki övladı vardır. Cavabdeh yenidən ailə həyatı qurduğunu bildirsə də, rəsmi nikahı təsdiq edən nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Doğum haqqında Şəhadətnamələrin surətindən də görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X7 yazılmış, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında X8 yazılmışdır. Buradan da təsdiq olunur ki, Cavabdeh rəsmi nikaha daxil olmamış, övladları olduğunu qeyd etdiyi X5 və X9 üzərində isə atalığı müəyyən olunmamışdır. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qismən təmin edildiyindən mediasiya xərci də ödənilmiş tələbin məbləğinə mütənasib olaraq təmin edilməli, yəni mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitindən 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 25 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya xərci olaraq ödənilmiş 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2526/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2526/2023
05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver