Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2534/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və aliment təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6395/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 163 manat alimentin artırılaraq 193 manat məbləğində müəyyən edilməsi, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdehdan tutularaq İddiaçı ödənilməsi, xx.xx.2020-ci il təvəllüdlü X3 doğulduğu vaxtdan qətnamə qəbul edildiyi günədək (əvvəlki dövr üçün) cavabdehdən hər ay 193 manat sabit pul məbləği şəklində alimentin hesablanaraq birdəfəlik qaydada, yəni 4053 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehin savadlı adam olduğunu, hüquq fakültəsini bitirdiyini, lakin qumara qurşanaraq 20 min manat pul uduzduğunu, hazırda Naxçıvanda oteldə işlədiyini, alimentin tutulmaması üçün rəsmi iş yeri göstərmədiyini, rəsmi nikahdan iki övladlarının olduğunu, lakin nikah pozularkən yalnız bir uşağa görə alimentin tutulduğunu bildirmişdir. Daha sonra sədrilik edənin suallarına cavab verərək, qumar dedikdə “Topaz”-ı nəzərdə tutduğunu, nikah pozularkən onun da, cavabdehin də daha bir övladlarının olacağından xəbərsiz olduqlarını, nikah pozulduqdan sonra 4-5 ay sonra daha bir övladın olacağını öyrəndiyini, buna görədə yalnız bir uşağa görə alimentin tutulmasını və atalığın müəyyən olunmasına ehtiyac olmadığını bildirmişdir. Həmçinin, cavabdehin maddi və ya ailə vəziyyətinin dəyişməsinə dair məlumatinın olmadığını, iyirmi min manat qumarda uduzmağını, lakin aliment ödəmədiyini, tək qadın olduğu üçün və övladlara baxdığı üçün heç yerdə işləyə bilmədiyini, onunla övladlarına anasının baxdığını və ayda bir gələrək, onlara bazarlıq etdiyini qeyd etmiş və iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İ 341291 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2020-ci ildə pozulmuşdur. İş materiallarında olan 2(004)-6395/2019 saylı, xx.xx.2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 4451 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalması (saxlanılması) və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Asil oğlundan hər ay 160 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 496760 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2020-cı il il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ № 346374 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6395/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, qətnamə yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dərhal icra edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin xx.xx.2020-ci il təvəllüdlü X3 mənafeyeini nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 193 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması haqqında qətnamələr dərhal icra edilməli olduğundan qətnamə yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dərhal icra edilməli, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan xx.xx.2020-ci il təvəllüdlü X3 doğulduğu vaxtdan qətnamə qəbul edildiyi günədək (əvvəlki dövr üçün) cavabdehdən hər ay 193 manat sabit pul məbləği şəklində alimentin hesablanaraq birdəfəlik qaydada, yəni 4053 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar, həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6395/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılsın. xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2534/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2534/2022
17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver