Məhkəmə qərarları › İş №2(004)-2542/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2542/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2542/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2003-cu il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2009 saylı, xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2003-cu il təvəllüdlü X2 və xx.xx.2005-ci il təvəllüdlü X5 onun yanında qalması və cavabdehdən hər ay uşaqların saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi həmin tarixdən bu günədək hər il üçün müəyyən olunmuş uşağın yaşayış minimumun artmasına baxmayaraq, alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Lakin birgə nikahdan olan X3 və X1 üçün 2009-cu il üçün təyin olunan 200 manat sabit pul məbləği yetərli deyil. Belə ki, hazırda maddi vəziyyəti çox ağırdır, həm uşağın saxlanılması üçün, həm də xəstəliyi ilə bağlı edilən müalicələrin xərclərini ödəməyə çətinlik çəkir, cavabdeh tərəfindən ona verilən aliment kifayət etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş,məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan AZ-İ 269133 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 362 nömrə ilə qeyd edilmişdir. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh Əbilova (Sultanova) Brilyant Yaşar qızı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış və həmin tarixdə 303 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X10 nun anaları İddiaçı yanında qalmaları, ünvan 1 ünvanda yaşayan Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün xx xxx 2009-cu il tarixdən başlayaraq, 200 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2529/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh Əbilova (Sultanova) Brilyant Yaşar qızı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış və həmin tarixdə 303 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları, ünvan 1 ünvanda yaşayan Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X1 üçün xx xxx 2009-cu il tarixdən başlayaraq, 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx xxx 2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx xxx 2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx xxx 2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx xxx 2003-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar