Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2549/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2317/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq sabit pul məbləğində bir uşaq üçün hər ay 170 manat məbləğində müəyyən edilməklə, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunaraq cavabdehdən övladları xx.xx.2009-cu təvəllüdlü oğlu X3 və xx.xx.2010-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ümumi gəlirlərinin üçdə biri qədər alimentin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-2317/2018 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu təvəllüdlü oğlu X3 və xx.xx.2010-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə qəbul edilmişdir. Hazırda övladları böyümüş, onların xərci artmışdır və o, övladlarının aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Cavabdehin ödədiyi aliment övladlarının aylıq xərclərini ödəməyə kifayət etmir. Üstəlik yaşayış minimumu da ildən-ilə artdığından cavabdeh tərəfindən ödənilən alimetin miqdarı dəyişdirilməli və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən onun ünvanına göndərilmiş məhkəmə bildirişinin məlum olan axırıncı yaşayış yeri üzrə Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən alındığı iş materialları ilə təsdiq olunur. Məhkəməyə daxil olmuş Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən qeyd yazılmış məhkəmə bildirişindən isə görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamadığı üçün məhkəmə bildirişini özünə təqdim etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)- 2317/2018 saylı, 14.032018-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(004)-4047/2017 saylı qətnaməsi ilə müəyyənləşdirilən hər ay hər uşaq üçün 136 manat manat 60 qəpik, cəmi 273 manat 20 qəpik sabit pul məbləğində alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 215453 saylı Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X2 arasında olan nikah ləğv olunmuşdur. Bu barədə nikahın ləğv edilmədi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 142 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 269410 saylı Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə edilmiş AZ-İV 449171 saylı Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay ümumi gəlirlərinin üçdə biri qədər alimetin tutularaq İddiaçı verilməsi, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2317/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay hər biri üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2549/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2549/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver