Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2550/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli 791 nömrəli kredit müqaviləsi üzrə yaranmış 286,41 manat əsas borc, 699,81 manat cərimə, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra hesablanmış 43.16 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.029,38 manat pulun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-1886/2021 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə saat 14:50-yə təyin edilmişdir. Məhkəmə tərəflərin şəxsiyətlərini müəyyən edərkən Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE 14375108 nömrəli şəxsiyyət vəsiqəsindən və “AZEMİS” sistemindən xx.xx.2021-ci il tarixdə çap edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından aşkar edildi ki, Cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanda xx.xx.2015-ci ildən rəsmi qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Bu səbəbdən hazırkı işə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə uyğun olaraq ərazi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı ünvan 1 ünvan üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılmalı, ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı olduğuna görə, hazırkı mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-in 45.4cü maddəsinin tələbinə uyğun olaraq mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31.1, 35.1, 45.4, 263264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mülki iş məhkəmə baxışından çıxarılsın. Ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı olduğuna görə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş, ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinin tələbinə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Məhkəmənin hakimi: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2550/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2550/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver