Məhkəmə qərarları › İş №2(004)-2555/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2555/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2555/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 16.03.2021ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 (iyirmi üç min doqquz yüz doxsan altı ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 16.06.2021-ci il tarixdə iddia müddətinin tədbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, “xxxx” İKB ilə Cavabdeh arasında bağlanmış 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsinə əsasən “xxxx” İKB Cavabdeh 18 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 14000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə, 09.09.2006-cı ildən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 ABŞ dollarıl məbləğində borcu vardır. Cavabdehə göndərilmiş xəbərdarlığa baxmayaraq o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddia müddətinin tətbiq olunmamasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi “xxxx” İKB ilə Cavabdeh arasında bağlanmış 09.03.2005-ci il tarixli 433 A(H) saylı kredit müqaviləsinə əsasən “xxxx” İKB Cavabdeh 18 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.05.2021-ci il tarixli KBD-8547 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 09.03.2005-ci il tarixli kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı “xxxx” İKB ASC, hazırki adı isə İddiaçı1 ASC-dir. İş materialları ilə müəyyən olunur ki, “xxxx” İKB ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh arasında müqavilə 09.03.2005-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 09.09.2006-cı ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə on beş il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 09.03.2005-ci il tarixli, 433 saylı kredit müqaviləsi üzrə 10106 ABŞ dolları əsas borc, 11411,24 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2479,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23996,99 (iyirmi üç min doqquz yüz doxsan altı ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh “xxxx” ASCnin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar