Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2569/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün aliment məbləğinin artırılaraq hər bir uşaq üçün 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(004)-7451/2015 saylı qətnaməsi əsasında onunla Cavabdeh arasında nikah qeydi ləğv edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12185/2017 saylı qətnaməsinə əsasən onun himayəsində olan övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 ötrü hər bir uşaq üçün 140 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Hazırki şərtlərlə cavabdehin ödədiyi aliment uşaqlarının normal həyat şəraitini təmin etmək üçün qətiyyən yetərli deyil. Həmçinin, cavabdeh ödədiyi alimentləri kəsirlərlə verir və buda son nəticədə uşaqların normal yaşayışının təmin edilməsinə mənfi təsir göstərir. Onun övladlarından biri ağır şəkərli-diabet xəstəsidir. Uşağın müalicə və müayinələrinə davamlı olaraq pul vəsaiti lazım olur və bu halda maddi vəziyyətləri daha da ağırlaşır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla aliment məbləği hər uşaq üçün ən azı 250 manat sabit pul məbləğində müəyyən olunması zərurəti yaranır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, maaşı aşağıdır, boşanandan bəri alimenti hər zaman gecikdirmədən vermişdir. İkinci dəfə ailə qurmasına baxmayaraq alimenti hər zaman ödəyib. Hal-hazırda isə artıq aliment ödəməyə maddi imkanı çatmır. 550 manat maaş alır. Alimentdən əlavə uşaqlarına bazarlıq da edir. O, fəhlədir və maaşı aliment məbləğinə artımın olmasına imkan vermir. O, indiyə kimi aliment ödəsə də uşaqlarını görə bilmir. İddiaçı övladlarını ata-anasının yanına aparmasına imkan vermir. İddiaçının qayınanasından, qayınatasından isə razıdır. Çünki o ödədiyi alimentdən əlavə də uşaqlarına maddi yardım göstərirlər. Hazırki vəziyyətdə 250 manatdan artıq aliment verməyə gücü çatmır. Məhkəmədən maddi vəziyətini nəzərə almağı xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12185/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)7451/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləği dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 üçün yetkinlik yaşınadək hər uşağa hər ay 140 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə uşaqların mənafeyini və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin miqdarı dəyişdirilərkən dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12185/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli manat) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələb qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2569/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2569/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver