Məhkəmə qərarları › İş №2(004)-2581/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2581/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2581/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı cavabdehlər X5 və 17 saylı notariat kontorunu qarşı “daşınar əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər X5 və 17 saylı notariat kontorunu qarşı “daşınar əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X9 tərəfindən atası X1 miras qalmış “Toyota Land-Gruzer-Prado” markalı, 2010-cu il buraxılışlı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə 17 saylı notariat ofisinin notariusu X2 tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi və həmin miras əmlakın vərəsələrə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı iddia tələbində mərhum atası X1 miras qalmış “Toyota Land-Gruzer-Prado” markalı, 2010-cu il buraxılışlı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə 17 saylı notariat ofisinin notariusu X2 tərəfindən rəsmiləşdirilmiş alqısatqı müqaviləsinin etibarsız hesab edilərək, ləğv edilməsi və həmin miras əmlakın vərəsələrə qaytarılmasını tələb etsə də, mübahisələndirdiyi alqı-satqı müqaviləsini, “Toyota Land-Gruzer- Prado” markalı, 2010-cu il buraxılışlı, ** ZJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hüquqi vəziyyəti barədə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş rəsmi sənədləri və həmin avtomobilin mərhum X3 mülkiyyətində olmasını və X3 xx.xx.2020-ci il tarixdə ölməsindən sonra həmin avtomobilin İddiaçı miras qalmasını təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, müqavilənin hansı tarixdə və kimlərin arasında bağlanmasını qeyd etməmiş, avtomobilin satıldığını iddia etdiyi şəxsin kim olmasını iddia ərizəsində qeyd etməmişdir. Həmçinin iddiaçı özünün həmin avtomobil üzərində hər hansı bir hüququnun olmasını təsdiq edən sənədləri, o cümlədən mirası qəbul etmək üçün notariat ofisinə müraciət etməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, iddia tələbini tam əsaslandırmamışlar. Həmçinin cavabdeh X4 ünvanı kimi - ünvan 1 ünvanı göstərsə də, cavabdehin həmin ünvanda rəsmi qeydə alınmasını təsdiq edən rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən işin ərazi aidiyyatı üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək mümkün deyildir. O cümlədən iddia ərizəsini etibarnaməyə əsasən Lalə Quliyeva imzalamışdır. İddia ərizəsinə İddiaçı xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Şahgəldiyev Rasim Mövsüm oğlu tərəfindən təsdiq edilməklə X7 verilmiş etibarnaməsinin kserosurəti (oxunmur) əlavə edilmiş, etibarnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti əlavə edilməmişdir. Həmin etibarnaməyə əsasən iddia ərizəsinin imzalanması və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi səlahiyyətləri X7 verilməmişdir. O cümlədən etibarnamə verilmiş X10 ilə İddiaçı yaxın qohumluq münasibəsinin olmasını və ya X6 vəkil olmasını təsdiq edən vəkil orderinin əsli iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, iddia ərizəsi onu imzalmağa hüququ olmayan X10 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası MPM-in 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyinə və iddiaçı iddia ərizəsinə lazımı olan sübutlar əlavə etmədiyi, iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar və mübahisənin düzgün həll edilməsi üçün məlumatlar tam göstərilmədiyindən, iddia ərizəsi buna hüququ olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 149.2.3, 150, 151, 152, 152.1.1, 152.1.2, 152.1.3, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X5 və 17 saylı notariat kontorunu qarşı “daşınar əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar