Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2589/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı qarşı “restrukturizasiya olunmuş borc məbləğinin müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı qarşı “restrukturizasiya olunmuş borc məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək onun Cavabdeh ASC-yə olan qalıq borcunun restrukturizasiya nəticəsində 47,06 (qırx yeddi ABŞ dolları altı sent) ABŞ dolları müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci ildə Nikoyl Bankın (indiki Cavabdeh ASC) Masallı rayon fılalından 1 dollar 1,05 manat olarkən 4200 ABŞ dolları istehlak krediti götürmüşdür. Sonradan dolların məzənnəsinin kəskin dəyişməsi nəticəsində 1 dollar 1,70 manat olanda kreditin vaxtı-vaxtında ödənməsində çətinlik çəkmişdir. 8 iyun 2016-cı ildə ödəmə qabiliyyətinin aşağı düşməsinə görə bank tərəfindən yaranmış borcun qaytarılması uçun məhkəməyə iddaia ərizəsi ilə müraciət olunmuş, iddia qaldırılan Masallı rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qərarı ilə banka olan borcu 3442,29 ABŞ dolları əsas borc, 725,03 ABŞ dolları faiz və 72,85 ABŞ dolları dəbbə pulu ilə yenidən hesablanmış və banka olan cəmi borcu 4340,17 ABŞ dolları olaraq müəyyənləşmişdir. Sonradan banka olan borcunun hissə-hissə olmaqla 2243 ABŞ dollarını ödəmişdir. Dolların məzənnəsinin kəskin dəyişilməsi nəticəsində əhalinin banklara ödəmə qabiliyyətinin kəskin pisləşməsini nəzərə alan cənab X4 dollarla olan kreditlərin yenidən hesablanması ilə bağlı 28 fevral 2019-cu il fərmanına uyğun olaraq banka 1299,28 ABŞ dolları əsas borc, 725,03 ABŞ dolları faiz borc və 72,85 ABŞ dolları dəbbə pulu borclu qalmağına baxmayaraq ödənişləri dayandıraraq bir neçə dəfə Cavabdeh ASCnin Lənkəran filalına yaxınlşmış və kreditin yenidən hesablanmasını tələb etmişdir. Bank işçiləri cəmi borcunun fərmana uyğun olaraq hesablanma ilə 47 ABŞ dolları olduğunu və indi daha çox borcu olanlarla məşğul olduqlarını, özləri ona zəng edəcəklərini bildirmiş və krediti bağlamaqdan imtina edilmişlər. Lakin sonradan "xxxx" İKB ASC ləgv edilərək onun bazasında Cavabdeh ASC-nin yaradılmasından sonra bank müəssəsi onun borcunun cəmi 47 ABŞ dolları deyil daha çox olmasını iddia edərək bu pulun onun əmək haqqısından tutulacağını bildirmiş və Cənab Prezidentin müvafiq fərmanı gözardı edilərək məhkəmənin borcun ödənılməsi ilə baglı 28 iyun 2016-cı il tarixli qərarı icraya yönləndirilmışdır. Onun problemin qanuni yollarla həll olunması məqsədi ilə etdiyi müraciətlərə etinasız yanaşaraq Cavabdeh ASC müraciətlərini hər dəfə bir bəhanə ilə cavabsız qoymuşdur. Bir neçə dəfə Cavabdeh ASC-nin Bakı şəhərində yerləşən mərkəzi ofisinə müraciət etməyinə baxmayaraq hər dəfə bir bəhanə ilə krediti bağlamaqdan imtina edilmiş və nəticədə Cənab Prezidentin müvafiq fərmanı bankdan götürdüyü kreditə tətbiq edilməmişdir. O, əlavə olaraq Azərbaycun Respublikasının Mərkəzi Bankına müraciət etsə də Mərkəzi Bank məsələnin qanuni həll olunması uçun müraciəti “Yelo Bank" ASC-yə yönləndirmiş, lakin bank tərəfindən məsələnin həll olunması üçün heç bir müsbət reaksiya verilməmişdir. Bu müddət ərzində o, dəfələrlə yeni müqavilə bağlanmasını tələb etsə də, nəticə yoxdur. Cənab Prezidentin müvafiq fərmanına uyğun olaraq ödəniş müddəti keçmiş borcların kompensasiya edilməsini nəzərə alaraq onun iddia tələbi məhkəmə qaydasında öz qanuni həllin tapmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək bildirir ki, iddia əsassızdır. Maliyyə arayışından da göründüyü kimi iddiaçının borcu 47 dollardan çoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon Məhkəməsinin 2(050)-3487/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin surətinə əsasən borclular İddiaçı və X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3542,29 ABŞ dolları əsas, 725,03 ABŞ dolları faiz borcu, 72,85 ABŞ dolları cərimə olmaqla, cəmi 4340,17 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" İKB-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 26-Z1-2-0-102-15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin bağlanma tarixi xx.xx.2019-cu il, kreditin müddəti isə 52 ay, illik faiz dərəcəsi isə 28% müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçıə Tofiq qızının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 759,98 ABŞ dolları əsas, 0 manat faiz, 0 manat cərimə borcu vardır. İşin müəyyən olunmuş halları odur ki, iddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış cəmi 4340,17 ABŞ dolları borc məhkəmə əmrinə əsasən cavabdehlərdən müştərək qaydada tutulmuşdur. Daha sonra tərəflər arasında əlavə saziş imzalanmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə restrukturizasiya nəticəsində qalıq borcunun 47 ABŞ dollar müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı 47 ABŞ dolları borcu olduğunu bildirsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, onun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 759,98 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Hazırda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Buna baxmayaraq iddiaçı kredit müqaviləsi üzrə 47 ABŞ dolları borcunun qaldığını sübut edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı onun Cavabdeh ASC-yə olan qalıq borcunun restrukturizasiya nəticəsində 47,06 (qırx yeddi ABŞ dolları altı sent) ABŞ dolları müəyyən olunması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı onun Cavabdeh ASC-yə olan qalıq borcunun restrukturizasiya nəticəsində 47,06 (qırx yeddi ABŞ dolları altı sent) ABŞ dolları müəyyən olunması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2589/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2589/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver