Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2593/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X10 Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün təyin olunmuş alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4733/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə bağlanmış rəsmi nikahları pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun yanında qalması və hər iki uşağın saxlanılması üçün hər birinə 160 manat olmaqla alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Övladlarına hazırda özü baxır. Övladlarını saxlamaq maddi cəhətdən çox çətindir. Belə ki, onların təhsili, sağlamlığı və.s bu kimi hallar nəzərə alınsa 2019-cu ildə təyin edilən 160 manat hazırda onların saxlanmağını təmin etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı X10 izahatında bildirmişdir ki, cavabadehlə əlaqəsi olmadığına görə yeri ilə bağlı heç bir məlumatı yoxdur. Cavabdeh tərəfindən hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment ödənilməlidir. Lakin o, ümumilikdə 50 manat məbləğində aliment ödəyir. Cavabdeh işləyirdi və orta səviyyədə gəliri var idi. Cavabdeh yalnız qızı ilə əlaqə saxlayırdı. Nikah münasibətləri pozulmadan qabaq cavabdeh tərəf Gürcüstanda işləyirdi və ona müəyyən məbləğdə pul da göndərirdi, yəni indi də alimenti ödəyə bilər. İzahatına əlavə olaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4733/2019 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 1258 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 382130 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 935589 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan X5 tərəfindən xx.xx.2015-xx.xx.2015-ci il tarixlərə verilmiş Epikrizin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 anadangəlmə ürək qüsurumədəciklərarası çəpər defekti aşkarlanmışdır. Kardioloqun ambulator müşahidəsi olunub. Ekokardioqrafik müayinədən sonra yuxarıdakı diaqnoz aşkar edilib. Cərrahi əməliyyata qərar verilib. İş materiallarında olan X13 xx.xx.2021-ci il tarixli X1 görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 exokardioqrafik nəticə ventrikulyar septal defekt çox geniş, funksional tək ventrikuldur. İş materiallarında olan X13 xx.xx.2021-ci il tarixli X1 görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 exokardioqrafik nəticə ventrikulyar septal defekt çox geniş, funksional tək ventrikuldur. İş materiallarında olan Elekton Məhkəmə İnformasiya Sistemindən Cavabdeh barəsində əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixdə Qırmızı Körpü DSBM-dən Azərbaycan Respublikasını tərk etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4733/2019 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 1258 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh iddiaçı X7 xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh iddiaçı X7 xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2593/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2593/2023
05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver