Məhkəmə qərarları › İş №2(004)-260/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-260/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-260/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu tarixli YSNPU-3551 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.227 manat əsas borc və hesablanmış 381,01 manat faiz borcu olmaqla, cəmi 4.608,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC xx.xx.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh xx.xx.2019-cu tarixli YSNPU-3551 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.227 manat əsas borc və hesablanmış 967,17 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.224,17 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafi etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli YSNPU-3551 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh illik 24 faiz dərəcəsi olmaqla 26 ay müddətinə 5000 manat kredit vermişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə 4.227 manat əsas borc və hesablanmış 967,17 manat faiz borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən qərəzli olaraq yayınır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli YSNPU-3551 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh illik 24 faiz dərəcəsi olmaqla 26 ay müddətinə 5000 manat kredit vermişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə kassa məxaric orderinə imza etməklə 5.000 manat krediti nağd şəkildə İddiaçı ASC-nin Yasamal filialından şəxsən almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli RB-02/PK-3588 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixə 4.227 manat əsas borc və hesablanmış 381,01 manat faiz borcu olmaqla, cəmi 4.608,01 manat borcu vardır. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli RB-02/PK-448 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixə 4.227 manat əsas borc və hesablanmış 967,17 manat faiz borcu olmaqla, cəmi 5.194,17 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu tarixli kredit müqaviləsi üzrə yaranmış 4.227 manat əsas borc və hesablanmış 967,17 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.224,17 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu tarixli YSNPU-3551 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.227 manat əsas borc və hesablanmış 967,17 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.224,17 (beş min iki yüz iyirmi dörd manat on yeddi qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar