Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2606/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-də onun adına olan əsas borc üzrə 186 850,00 ABŞ dolları, faiz borcu üzrə 240 102,26 ABŞ dolları, cəmi 426 952,26 ABŞ dolları məbləği təşkil edən kredit borcunun Cavabdeh QSC tərəfindən silinməsi və həmin kredit borcu silindikdən sonra bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və Azərbaycan Kredit Bürosuna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən məhkum edilmiş Cahangir Hacıyevin "xxxx" ASC-nin həyata keçirdiyi layihələr üçün əlavə vəsaitlərin tələb olunduğu üçün yenə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən məhkum edilmiş "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov onun tabeçiliyində çalışan fiziki şəxslərin adlarına kreditlərin rəsmiləşdirilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə X1 tələbi və Cahangir Hacıyevin "xxxx" ASC-yə verdiyi göstərişə əsasən onunla Azərbaycan Beynəlxalq Bankı” ASC arasında xx.xx.2008-ci il tarixdə, 2580 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən güya ona illik 15 % olmaqla 12 ay müddətinə 186 850 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan kredit qalığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-dən "Aqrarkredit” QSC-yə keçmişdir. Onunla "xxxx" ASC arasında xx.xx.2008-ci il tarixdə, 2580 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu onun adımdan silinməlidir. Belə ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Beləliklə, onunla "xxxx" ASC-nin Mərkəzi filialı ilə arasında 19 mart 2008-ci il tarixli kredit müqaviləsi bağlansa da, həmin müqavilədə razılaşdırılmış kreditin faktiki ona verilməsi kredit qovluğunda olan sənədlərdə öz təsdiqini tapmadığından həmin kreditonun adından silinməlidir. Bundan əlavə, kredit götürülən zaman o "xxxx" MMC-də baş direktorun köməkçisi vəzifəsində işləmiş və həmin kredit Xəlilov Dünyaminin xahişi ilə onun adına götürülmüşdür. Kredit götürülən zaman həmin kreditin ödənişi barədə narahat olmamağı və həmin kreditin qısa müddət ərzində bağlanacağı Dünyamin Xəlilov tərəfindən ona bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmündən də müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun əməli Cinayət Məcəlləsinin maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, mülki iddia tələbidə təyin edilmişdir. Həmin cinayət işi ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərəfindən izahat verilmişdir. Məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq –səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Həmin hökmdən də, görünür ki, "General Construction” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən bir çox şəxslərin adına formal müqavilə rəsmiləşdirilmiş və həmin şəxslərin adına kredit müqaviləsi bağlanmaqla pul götürülmüşdür. Həmçinin onun adına formal olaraq xx.xx.2008-ci il tarixdə, 2580 saylı kredit müqaviləsi bağlanmışdır. Halbukiona heç bir kredit verilməmişdir. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmünə əsasən Dünyamin Xəlilovun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh QSC-nin mülki iddiası qismən təmin edilərək onun və hökmdə adları keçən digər fiziki şəxslərin adlarına rəsmiləşdirilmiş formal kredit müqavilələrinə əsasən verilmiş kredit vəsaitlərinin Dünyamin Xəlilov və qeyrisindən müştərək qaydada tutulması hökm edilmişdir. Belə olduğu təqdirdə onunla "xxxx" ASC arasında xx.xx.2008-ci il tarixdə, 2580 saylı kredit müqaviləsi formal xarakter daşıdığı üçün həmin kredit borcu onun adından silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC BOKT-un nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul edir. İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan hökmdən də görünür ki, iddiaçı ilə 19 mart 2008-ci il tarixli, 2580 nömrəli kredit müqaviləsi bağlansa da, həmin pul ona verilməmişdir. İddiaçının adına rəsmiləşdirilmiş kredit məbləğinin cinayət işi üzrə hökmə əsasən təqsirləndirilən şəxslərdən tutulması hökm edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən mülki iddia qismən təmin edilərək, 6.642.548,58 manat məbləğində pul vəsaitinin X2 və X3 mülki iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması və mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və bu hissədə Cavabdeh QSC-nin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir. Həmin hökmün əsaslandırıcı hissəsindən müəyyən olunur ki, "xxxx" MMC-də direktorun kömrəkçisi işləyən İddiaçı adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 nömrəli kredit müqaviləsinə əsasən onun adına 19 mart 2008-ci il tarixdə 186 850 ABŞ dolları rəsmiləşdirilsə də, bank kartlarından heç bir məbləğdə pul çıxarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən məhkum edilmiş "xxxx" MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov onun tabeçiliyində çalışan fiziki şəxslərin adlarına formal olaraq kreditlərin rəsmiləşdirilməsini həyata keçirmişdir. Belə olduğu təqdirdə X1 tələbi və Cahangir Hacıyevin "xxxx" ASC-yə verdiyi göstərişə əsasən iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı” ASC arasında xx.xx.2008-ci il tarixdə, 2580 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən guya ona illik 15 % olmaqla 12 ay müddətinə 186 850 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə də təsdiq edilir ki, "xxxx" MMC-də direktorun kömrəkçisi işləyən İddiaçı adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 nömrəli kredit müqaviləsinə əsasən ona heç bir məbləğdə kreditə pul verilməmiş, müqavilə formal olaraq onun adına rəsmiləşdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünə əsasən iddiaçının adına rəsmiləşdirilmiş kredit məbləğinin cinayət işi üzrə hökmə əsasən təqsirləndirilən şəxslərdən tutulması hökm edilmişdir. Bu baxımdan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmü hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Qeyd edilən hallar Cavabdeh QSC BOKT-un nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Cavabdehin etirafını, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünün hazırki mülki iş üzrə preyudisial əhəmiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 186 850 (yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları əsas kredit borcu, 240 102,26 (iki yüz qırx min yüz iki dollar iyirmi altı sent) ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 426 952,26 (dörd yüz iyirmi altı min doqquz yüz əlli iki dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borc silinsin və həmin kredit borcu silindikdən sonra bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh QSC tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 186 850 (yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları əsas kredit borcu, 240 102,26 (iki yüz qırx min yüz iki dollar iyirmi altı sent) ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 426 952,26 (dörd yüz iyirmi altı min doqquz yüz əlli iki dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borc silinsin və həmin kredit borcu silindikdən sonra bu barədə məlumatın mərkəzləşdirilmiş kredit reyestri sisteminə və "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2606/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2606/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver