Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2611/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasından tutulmuş 238,12 manat pul cavabdeh AccessBank QSC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin əmrinə əsasən iddiaçının pensindan tutulub cavabdeh AccessBank QSC-nin hesabına köçürülmüşdür. Həmin əmr ləğv edilmişdir, lakin iddiaçının pensiyandan 2 ay tutulmuş 238,12 manat pul ona qaytarılmamışdır. İddiaçının pensiyasından tutulmuş 238,12 manat pul geri qaytarılmalıdır. Belə ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialına müraciət etmiş, iddiaçının pensiyamdan tutulmuş 238,12 manat pulun geri qaytarılmasını xahiş etmişdir, lakin iki ay tutulmuş vəsait artıq cavabdeh AccessBank QSC-nin hesabına köçürüldüyündən vəsaitin onlar tərəfindən qaytarılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının pensiyasından tutulmuş 238,12 manat pul cavabdeh AccessBank QSC-dən tutulub İddiaçı ödənilməlidir. Mübahisənin həll edilməsi üçün Cavabdeh QSC-yə müraciət etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh QSC onun müraciətinə heç bir cavab verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. 25.05.2022-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti elektron məhkəmə sistemi vasitəsilə etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X4 03.12.2014-cü il tarixdə bağladığı 026R********** saylı kredit razılaşması üzrə AccessBank QSC-yə olan borcunun tutulması məqsədilə Göyçay Rayon Məhkəməsinə 2016-cı ildə müraciət olunmuş, Göyçay Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli məhkəmə əmri ilə X3, İddiaçı və X1 müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə 1340.55 manat məbləğində kredit borcu, 346.30 manat məbləğində faiz borcu və 134.06 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1820 (min səkkiz yüz iyirmi) manat 91 (doxsan bir) qəpik məbləğində borc tutulmuşdur. Məhkəmə əmri icra olunması üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin icrası ilə əlaqədar olaraq, 2020-cı ilin may və iyun aylarında zamin İddiaçı təqaüdündən 119.06 manat tutularaq AccessBank QSC-yə ödənilmişdir. Daha sonra, Göyçay Rayon Məhkəməsinin 16.06.2016-cı il tarixli 2(046)- 2620/2016 saylı məhkəmə əmrindən zamin İddiaçı etiraz vermiş məhkəmə əmri Göyçay Rayon Məhkəməsinin 24.06.2020-ci il tarixli qərardadı ilə ləğv edilmiş iş iddia icraatına keçirilmişdir. Məhkəmə əmri qüvvədə olan zaman zamin tərəfindən ödənilmiş 238.12 manat X4 cəmi borcundan çıxıldıqdan sonra yerdə qalan borc məbləğinin ödənilməsi ilə bağlı borcalanla kreditor arasında razılıq əldə olunmuş və yerdə qalan borc məbləği ödənilərək borc bağlanmışdır. Göyçay Rayon Məhkəməsinin icraatında olan işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması ilə bağlı AccessBank QSC tərəfindən ərizə verilmiş və mülki iş baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən, hesab edirik ki, İddiaçı tərəfindən verilmiş iddia tam əsassızdır. Belə ki, İddiaçı 31.10.2013-cü il tarixli 26S000003651 saylı zaminlik müqaviləsinə əsasən X4 öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında öhdəlik götürmüşdür. Məhkəmə əmrinin icrası məqsədilə əmr qüvvədə olduğu müddətdə İddiaçı təqadündən 238.12 manat pul tutulmuşdur. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir və icrası məcburidir. Məhkəmə əmrinə əsasən İddiaçı təqaüdündən tutulan 238.12 manat pul məbləği ümumi borcdan çıxıldıqdan sonra yerdə qalan borc məbləği borclular tərəfindən ödənildikdən sonra borc bağlanmışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş olunur. İddiaçı 24.05.2022-ci il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən AccessBank QSC-ə pretenziya qaydasında müraciətdən görünür ki, İddiaçı Göyçay rayon Məhkəməsinin əmrinə əsasən pensiyasından tutularaq AccessBank QSC-nin hesabına köçürülmüş 238,12 manat pulun həmin əmr ləğv edildiyindən geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 13 saylı Regional Ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış 23 avqust 2021-ci il tarixli **********0 nömrəli məktubda qeyd olunur ki, Göyçay rayon məhkəməsinin 24 iyun 2016-cı il tarixli 2(046)- 2620/2016 saylı məhkəmə əmrinə əsasən borclunun təqaüdündən 50 % miqdarında pul tutulması xahiş edilmişdir. Tələbə əsasən ünvan 1 ünvanda yaşayan vətəndaş X2 pensiyasından iki ay 238,12 (iki yüz otuz səkkiz manat, 12 qəpik) manat tutularaq Cavabdeh QSC-nə köçürülmüşdür. (May ayı - 119,06 manat; İyun ayı- 119.06 manat) Lakin sonradan Göyçay rayon icra və Probasiya söbəsinin 03.07.2020-ci il tarixli 2620/2016 saylı məktubuna əsasən İddiaçı təqaüdündən pul tutulmasının dayandırılması və ondan tutulmuş məbləğin ona geri qaytarılmasına dair məktub daxil olmuşdur. Həmin aydan yəni 06.07.2020-ci il tarixdən tutulma dayandırılmışdır. Lakin iki ay tutulmuş vəsait artıq Cavabdeh QSC-nə köçürüldüyündən vəsaiti onlar tərəfindən qaytarılması mümkün deyil. İş materiallarında olan Göyçay Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 04 avqust 2021-ci il tarixli 260Ş-21 nömrəli məktubdan müəyyən olunurr ki, Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət vermək hüququ ona izah olunmuşdur. İş materiallarında olan Göyçay rayon İcra və Probasiya şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinə ünvanladığı 03.07.2020-ci il tarixli məktubunda qeyd olunur ki, Göyçay Rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2 (046)-2620/201 saylı məhkəmə əmri ləğv olunduğundan X2 təqaüdündən pul tutulmasının dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Göyçay Rayon Məhkəmsinin 2 (046)-2620/2016 saylı, 24.06.2016-cı il tarixli məhkəmə əmrinin surətindən müəyyən olunur ki, kreditorun xahişi təmin edilmiş, 31 oktyabr 2013-cu tarixli, kredit müqaviləsi üzrə 1340 (min üç yüz qırx) manat 55 (əlli beş) qəpik əsas borcu, 346 (üç yüz qırx altı) manat 30 (otuz qəpik faiz borcu və 134 (yüz otuz dörd) manat 06 (altı) qəpik cərimə borcu olmaqla, cəmi 1820 (min səkkiz yüz iyirmi) manat 91 (doxsan bir) qəpik və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu 01 fevral 1956-cı il tarixdə Göyçay rayonunun örəbcəbirli kəndində anadan olmuş, Göyçay rayonunun 2-cl Ərəbcəblrli kəndində qeydiyyatda olan X3, 1937-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Göyçay şəhəri, Z.Tağıyev küçəsi, 42 saylı evdə qeydiyyatda olan İddiaçı və 14 yanvar 1961-ci il tarixdə Göyçay rayonunun Ərəb kəndində anadan olmuş, Göyçay rayonunun 2-ci Ərəbcöbirli kəndində qeydiyyatda olan X1 müştərək qaydada tutularaq, ünvan 5 ünvanda yerləşən, kreditor Cavabdeh QSC-nə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh QSC-nin Göyçay rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda borcun cavabdehin təqaüdünə yönəldilməsi xahiş edilmişdir. İş materiallarında olan 23.09.25020-ci il tarixli, 2(046)-769/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X6, İddiaçı və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş iddiaçının nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış 31.10.2013-cü il tarixli 26S000003651 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə 31.10.2013-cü il tarixdə bağlamış olduğu 26S000003651 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Göyçay Rayon Məhkəmsinin 2 (046)-2620/2016 saylı, 24.06.2016-cı il tarixli məhkəmə əmrinin icrası məqsədilə onun pensiyasına tutulma yönəldilmiş və 238,12 manat məbləğində pul Cavabdeh QSC-nin hesabına köçürülmüşdür. Daha sonra Göyçay Rayon Məhkəmsinin 2(046)-2620/2016 saylı, 24.06.2016-cı il tarixli məhkəmə əmri ləğv olunmuş, mülki işə iddia icraatında baxılmış, Göyçay Rayon Məhkəməsinin 2 (046)-769/2020 saylı, 23.09.2020-ci il tarixli qərardadı ilə Cavabdeh QSC-nin nümaydəsinin ərizəsi ilə mülki iş baxılmamış saxlanılmışdır. Cavabdehin etiraz ərizəsindən aydın olur ki, mülki işin baxılmamış saxlanmasına səbəb əsas borclu ilə qalan borcun (yəni İddiaçı təqaüdündən tutulan pul çıxıldıqdan sonra yerdə qalan məbləğ) ödənilməsi barədə razılıq əldə olunması olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmri qüvvədə olarkən İddiaçı təqaüdündən tutulmuş 238.12 manat pulun geri qaytarılması üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı təqaüdündən tutulan 238.12 manat pul məbləği ümumi borcdan çıxıldıqdan sonra yerdə qalan borc məbləği borclular tərəfindən ödənildikdən sonra borc bağlanmışdır. Tutulmuş pulun geri qaytarılması bankın hüquqlarının birbaşa pozulmasına, kredit müqaviləsi üzrə cavabdehlərin isə öhdəliklərinin tam icra edilməməsinə gətirib çıxardar. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbini rədd edərkən, eyni zamanda qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən borcluya qarşı reqres qaydada pul tələbinə dair iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2611/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2611/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver