Məhkəmə qərarları › İş №2(004)-2612/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2612/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2612/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 18.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4665,49 manat məbləğində əsas borc, 180,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4845,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” BOKT MMC-dən illik 22 faizlə 36 ay müddətinə 6400 manat kredit götürmüşdür. “xxxx” BOKT MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış 27.12.2019-cu il tarixli tələbetmə hüquqlarını güzəşt olunmasına dair 1 №-li müqaviləyə əsasən borc alana qarşı bütün hüquqlar, o cümlədən razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüququ “xxxx” İKB ASC-yə güzəşt edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26.02.2021-ci ilədək Cavabdeh banka 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4665,49 manat məbləğində əsas borc, 180,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4845,8 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi X1 24.05.2021-ci il tarixdə məhkəməyə ərizə verərək 2(004)-2612/2021 saylı mülki işə iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 2019-cu ildə kredit götürmüşdür. Əvvəlki ödənişlər vaxtında ödəmişdir. Lakin pandemiya və kreditin aylıq ödənişinin çox olması səbəbindən ödəyə bilməmişdir. Yoldaşı işləmir, özü kirayədə qalır. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit təşkilatı borcalana illik 27% ödəmək şərtilə 60 ay müddətinə 15000 manat məbləğində kredit xətti ayırmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.02.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 26.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdehnun 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4665,49 manat məbləğində əsas borc, 180,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4845,8 manat məbləğində borcu vardır. “xxxx” BOKT MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış 07.05.2019-cu il tarixli tələbetmə hüquqlarını güzəşt olunmasına dair müqaviləyə əsasən borc alana qarşı bütün hüquqları, o cümlədən razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüququ ““xxxx” BOKT MMC güzəşt edir və “xxxx” İKB ASC isə həmin hüquqları qəbul edir. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı “xxxx” İKB ASC, hazırki adı isə İddiaçı ASC-dir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4665,49 manat məbləğində əsas borc, 180,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4845,8 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4665,49 manat məbləğində əsas borc, 180,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 4845,8 (dörd min səkkiz yüz qırx beş manat səksən qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar