Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2619/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2903/001 saylı xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 50.000 manat borc, 5000 manat dəbbə; xx.xx.2024-cü il tarixli 0305/001 saylı borc müqaviləsi üzrə 42500 manat borc, 4250 manat dəbbə; xx.xx.2024-cü il tarixli 2905/001 saylı borc müqaviləsi üzrə 36000 manat borc, 3600 manat dəbbə , habelə hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində vəsaitin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 432 manat olmaqla, ümumilikdə 142182 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh təşkilat "CAS GROUP MMC arasında aşağıdakı borc müqavilələri bağlanmış və borc pullar verilmişdir. 2903/001 saylı, 29 mart 2024-cü il tarixli borc müqaviləsinə asasən, 50.000 (elli min) manat məbləğində 3 ay müddətinə borc verilmiş. müqavilənin 1.2-ci bəndinə əsasən, borc alan borcu xx.xx.2024-cü il tarixində ödəməli idi. Lakin borcalan qeyd edilən müddətdə borcu ödəmədiyi üçün ona əlavə vaxt verilməsini xahiş etmiş, bu səbəbdən sözügedən müqaviləyə 1 saylı Əlavə imzalanmış və aldığı 50.000 (əlli min) manat məbləğində borcu xx.xx.2024-cü tarixinədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə yeni 2.4.3-cü bənd əlavə edilmiş, borc alan borcu qeyd edilən müddət ərzində borc verənə ödəmədikdə hər yubadılan gün üçün Müqavilənin ümumi məbləğinin 0,5% həcmində cərimə ödəməli olduğu qeyd edilmişdir. 0305/001 saylı, 03 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən, 42.500 (qırx iki min beş yüz) manat məbləğində 3 ay müddətinə borc verilmiş, müqavilənin 1.2-ci bəndinə əsasən, borc alan borcu xx.xx.2024-cü il tarixində ödəməli idi. Lakin borcalan qeyd edilən müddətdə borcu ödəmədiyi üçün ona əlavə vaxt verilməsini xahiş etmiş, bu səbəbdən sözügedən müqaviləyə 1 saylı Əlavə imzalanmış və aldığı 42.500 (qırx iki min beş yüz) manat məbləğində borcu xx.xx.2024-cü il tarixinədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə yeni 2.4.3-cü bənd əlavə edilmiş, borc alan borcu qeyd edilen müddət ərzində borc verənə ödəmədikdə hər yubadılan gün üçün Müqavilənin ümumi məbləğinin 0,5% həcmində cərimə ödəməli olduğu qeyd edilmişdir; 2905/001 saylı, 29 may 2024-cü il tarixli borc müqaviləsinə əsasən, 36.000 (otuz altı min) manat məbləğində 8 ay müddətinə borc verilmiş, müqavilənin 1.2-ci bəndinə əsasən, borc alan borcu xx.xx.2024-cü il tarixində ödəməli idi.Xüsusi olaraq qeyd etmək istəyir ki, əvvəlki ilk iki müqavilə üzrə əlavələr ödənilməli olan pulun qaytarılma vaxtı çatmadığı üçün müvafiq əlavə imzalanmamışdır. Çünki, cavabdeh təşkilatın rəhbəri borc pulların hamısını eyni vaxtda ödəyəcəyini bildirirdi.Onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixinden sonra "CAS GROUP MMC-nin direktoru X1 yenidən başqa bəhanələrlə borclan ödəməmiş, ödəmədiyini işlərinin qaydasında olmaması, konsert tədbirlərinin təxirə salınması və bu səbəbdən qazanc əldə edə bilməməsi ilə əlaqələndirmişdir. xx.xx.2024-cü il tarixində ödəməli olduğu borc pulu da ödəməmiş və neticede müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdeh şirkətin rəhbərinə müraciət etməyimə baxmayaraq heç bir nəticəsi olmamış, pulum qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndəiddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (borc verən) və Cavabdeh MMC (borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2903/001 nömrəli borc müqaviləsinə əsasən borc verən borc alana 50000 manat pul məbləğini borc vermiş, borc alan borc verəndən 50000 qəbul etmiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024cü il tarixli, 2903/001 nömrəli borc müqaviləsinə 1 nömrəli xx.xx.2024-cü il tarixli əlavə əsasən borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olana bağlanmış xx.xx.2024-cü il tarixli, 03.05/001 nömrəli borc müqaviləsinə əsasən borc verən borc alana 42500 manat pul məbləğini borc vermiş, borc alan borc verəndən 42500 qəbul etmiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 0305/001 nömrəli borc müqaviləsinə 1 nömrəli xx.xx.2024-cü il tarixli əlavə əsasən borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olana bağlanmış xx.xx.2024-cü il tarixli, 0305/001 nömrəli borc müqaviləsinə əsasən borc verən borc alana 36000 manat pul məbləğini borc vermiş, borc alan borc verəndən 36000 qəbul etmiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 432 manat məbləğində dövlət rüsumu məhkəmənin hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı ilə Kiçikbəyov və partnyorları Vəkil Bürosu (vəkil Nümayəndə) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-73VK-16846/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, 400 manat məbləğində pul iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı şəkildə xx.xx.2024-cü il tarixli, 2903/001 nömrəli, xx.xx.2024-cü il tarixli, 0305/001 nömrəli və xx.xx.2024-cü il tarixli, 2905/001 İddiaçı Cavabdeh MMC-yə 50000 manat, 42500 manat və 36000 manat pul məbləğini borc vermiş, Cavabdeh MMC isə qəbul etmiş və borcu müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Borcları bugünədək borc verənə qaytarmamışdır. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış öhdəliklərin icrasını tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də, o onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını, əsas borc və dəbbə pulunun nisbətini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 700 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 600 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 500 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 400 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 398,22 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 33,78 (otuz üç manat yetmiş səkkiz qəpik) manat (432-398,22=33,78) iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2903/001 saylı xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə 50.000 (əlli min) manat borc, 700 (yeddi yüz) manat cərimə; xx.xx.2024-cü il tarixli 0305/001 saylı borc müqaviləsi üzrə 42500 (qırx iki min beş yüz) manat borc, 600 (altı yüz) manat cərimə; xx.xx.2024-cü il tarixli 2905/001 saylı borc müqaviləsi üzrə 36000 (otuz altı min) manat borc, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi hər üç müqavilə üzrə 130300 (bir yüz otuz min üç yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 398,22 (üç yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli 2903/001 saylı borc müqaviləsi üzrə 50.000 (əlli min) manat borc, 700 (yeddi yüz) manat cərimə; xx.xx.2024-cü il tarixli 0305/001 saylı borc müqaviləsi üzrə 42500 (qırx iki min beş yüz) manat borc, 600 (altı yüz) manat cərimə; xx.xx.2024-cü il tarixli 2905/001 saylı borc müqaviləsi üzrə 36000 (otuz altı min) manat borc, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi hər üç müqavilə üzrə 130300 (bir yüz otuz min üç yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 398,22 (üç yüz doxsan səkkiz manat iyirmi iki qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 33,78 (otuz üç manat yetmiş səkkiz qəpik) manat (432-398,22=33,78) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2619/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2619/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver