Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-262/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hüseynli Cavid Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2491,03 manat əsas borc, 720,03 manat faiz borcu, 63,26 manat cərimə borcu olmaqla, cəmi 3274,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 2100 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2017-ci il tarixində kredit müqaviləsinə edilən əlavə sazişə əsasən kreditin qalıq məbləği 1927,47 USD Mərkəzi Bankın həmin tarixə olan məzənnəsi ilə kovnertasiya edilməklə 3443,81 AZN təşkil etmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixinədək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2491,03 manat əsas borc, 720,03 manat faiz borcu, 63,26 manat cərimə borcu olmaqla, cəmi 3274,32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 30 faizlə 36 ay müddətinə 2100 ABŞ dolları kredit verilmişdir. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 1927,47 ABŞ dolları Mərkəzi Bankın həmin tarixə olan məzənnəsi ilə kovnertasiya edilməklə 3443,81 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka borcu 2491,03 manat əsas borc, 720,03 manat faiz borcu, 63,26 manat cərimə borcu olmaqla, cəmi 3274,32 manat təşkil edir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4575 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 11-Y-1-0-225-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixədək banka olan borcu 3212,31 manat məbləğində müəyyən olunur: əsas borc üzrə 2494,35 manat; faiz borcu üzrə 717,96 manat. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehdən 2491,03 manat əsas borc, 717,96 manat faiz borcu, 63,26 manat cərimə borcu olmaqla, cəmi 3272,25 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli və iş üzrə aparılmış 120 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11-Y-1-0- 225-15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2491,03 manat əsas borc, 717,96 manat faiz borcu, 63,26 manat cərimə borcu olmaqla, cəmi 3272,25 (üç min iki yüz yetmiş iki manat 25 qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-262/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-262/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver