Məhkəmə qərarları › İş №2(004)-2628/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2628/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2628/2024 14.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “öhdəliyin qoyulması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, evinin zədələnmiş hissələrinin bərpa edilməsi üçün "xxxx" MMC qarşısında öhdəlik qoyulması və ona dəymiş mənəvi ziyan üçün təzminat 50.000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Yasamal rayonu, (Bülbül Məmmədov) Məhəmməd Naxçıvani küçəsi, 30-da anadan olandan hal-hazırkı vaxta kimi pasport qeydiyyatındadır və hal-hazıra kimi də həmin ünvanda yaşayır. Qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin və Cavabdeh MMC şirkəti tərəfindən Konstitusion hüquqlarının pozulması ilə əlaqədar. Cavabdeh MMC-nin əməkdaşları 2023-cü ilin yanvar ayında bildirdilər ki, yaşadığı ərazidə yeni çoxmərtəbəli binaların tikintisi planlaşdırılır və ona məxsus evin sökülməsi ilə bağlı müqavilə imzalanmaq lazımdır. O, 2023-cü ilin yanvar ayında Cavabdeh MMC ilə müqavilə imzaladı. Müqavilə beş vərəqdən ibarət olduğundan və eynəyi də evdə qaldığından ailə üzvləri ilə razılaşmadan və müqaviləni oxumadan imzaladı və bildirdi ki, gedib evdəkilərlə məsləhətləşəcək. Evə gələndən sonra ailə üzvləri ilə birlikdə müqaviləni oxudu. Ailə üzvləri bu müqavilə ilə razılaşmadılar və ona bildirdilər ki, ümumi sahəyə kv.m-nə görə pulu versinlər onlar da evdən çıxsınlar. O, bu haqda Cavabdeh MMC-nin rəhbərliyinə ailənin qərarını çatdırsın və müqavilənin ləğv edilməsini bildirdi. Cavabdeh MMC-nin direktoru X1 qərarla razılaşmadı və pulunun olmadığını bildirdi. Bu səbəbdən o Cavabdeh MMC şikətinə rəsmi ərizə ilə müraciət edərək bağlanmış müqavilənin ləğv olunduğu barədə məlumat versin və evinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi şirkətdən geri götürdü. Bununla kifayətlənməyib o ”RR Constructions” MMC-nin fəaliyyəti ilə maraqlandı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitetura Komitəsinə sözügedən şirkət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimov, Z.Əhmədbəyov, M.Naxçıvani, Salayev, C.Məmmədquluzadə və Ə.Abdullayev küçələrinin ərazisində fərdi evlərin sökülərək yeni çoxmərtəbəli binaların tikilməsi haqda məlumat almaq üçün müraciət etdi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitetura Komitəsi xx.xx.2023-cü il tarixli 3-35/2- Ə-1297-36-864/2023 nömrəli məktubla qeyd olunan ünvanda sifarişçi Cavabdeh MMC olan yaşayış binalarının tikintisi məqsədilə Komitə tərəfindən şəhərsalma əsaslandırılması təsdiq olunmaması və tikintiyə icazə icraatının həyata keçirilməməsi barədə cavab göndərmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitetura Komitəsinin məktubun belə çıxır ki, Cavabdeh MMC tikintiyə rəsmi icazəsi olmadığı halda artıq Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimov, Z.Əhmədbəyov, M.Naxçıvani, S.Salayev, C.Məmmədquluzadə və Ə.Abdullayev küçələrinin ərazisində fərdi evlərində söküntü işləri aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 86.5-ci maddəsinə əsasən Cavabdeh MMC şirkəti qeyd olunan ərazidə yaşayan vətəndaşlarla razılığa gəlməli və tikinti işlərinə başlamazdan əvvəl meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra söküntü işləri aparmalı idi. Yuxarıda qeyd olunan qanun pozuntuları ilə bərabər Cavabdeh MMC şirkəti onunla razılaşdırmadan qonşunun onun evinə bitişik evini sökərkən onun da evini zədələmişdir. Evinin tavan hissələrində çatlar, qonşu ilə olan arakəsmədə diametri 20 sm.lik dəlik əmələ gəlmiş, damda olan antenanı, telefon xəttini və su navalçasını zədələmişlər. Nəticədə yağış yağanda su navalçası zədələndiyinə görə evin yan divar hissəsi islanır və yataq otağı nəm olur. Qonşunun evində olan beton tavanı sökən zaman dörd gün müddətində prifaratorun işləməsi nəticəsində ona və ailə üzvlərinə bilərəkdən olmazın əziyyətlər verildi, şirkət rəhbərliyinə müraciətləri isə qulaqardına vuruldu. Nəticədə heç bir xronoloji xəstəliyi olmayan onun və həyat yoldaşının qan təziqinin 240-a qalxması səbəbindən bir neçə dəfə təcili yardım çağırmağa məcbur olmuşdu. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələblər əsassızdır və bu səbəbdən də onun iddiası təmin edilməməlidir. Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər, Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında iddiaçı Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Həmçinin bu tədbirlər çərçivəsində İddiaçı (Ş/V: AZE ******** FİN: xxxxxxx) ilə xx.xx.2023cü il tarixində cəmiyyət ilə K/079 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin (faktiki sahəsi 113 kv.m) əvəzinə ona həmin ərazidə yeni tikiləcək binada hərəsinin sahəsi 70 kv.m olmaq ilə 2 ədəd (mənzillər 7-8 mərtəbələrdə yerləşmək şərti ilə), bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli mənzil verilir. Əlavə olaraq isə həmin müqavilənin 3.2-ci maddəsinə əsasən cəmiyyət İddiaçı bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 850 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin xx.xx.2023-cü il tarixli K/079 saylı müqavilənin 4.1.1-ci maddəsinə əsasən söküntüsü nəzərdə tutulan mənzilə dair söküntüyə başlamaq haqqında bildirişi aldıqdan sonra 30 təqvim gününə qədər həmin mənzilin tam boşaltmaq və həmin tarixədək olan kommunal borcları tam ödəmək mülkiyyətçinin (İddiaçı) öhdəliyindədir. Bunun ilə bağlı İddiaçı xx.xx.2024-cü il tarixli bildiriş verilsə də, mülkiyyətçi tərəfindən hər hansı hərəkətlilik öz əksini tapmamış və hazırda da mənzil boşaldılmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Bundan başqa, həmçinin qeyd etmək istəyir ki, ümumiyyətlə iddiaçıya məxsus mənzil sökülməmiş, nə də ki, mənzilə heç bir zərər vurulmamışdır. Belə ki, onun iddiaçının evinə zərər vurulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Mülki Məcəlləyə əsasən öhdəliyin yaranmasının əsaslarından biri kimi delikt çıxış edir. Qeyd olunan halda deliktin olmasını təsdiq edən hər hansı bir sübut (təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərar və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı iddia tələbində ona guya ki, vurulmuş zərərə görə cavabdehin söküntünün bərpa edilməsini tələb etsə də, bununla bağlı da hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan söküntünün nədən ibarət olması, hansı meyarlar ilə aparılmasına dair də hər hansı bir qeyd iddia sənədində öz əksini tapmamışdır. İş materiallarında tələb olunan məbləğ barədə hər hansı sənəd (qiymətləndirmə rəyi, zərər aktı, məlumat və s.) mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmə araşdırmaları zamanı ona dəyən maddi və mənəvi zərərin mövcudluğu təkzib olunmaz faktlar və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Cavabdeh MMC-nin əməkdaşları 2023-cü ilin yanvar ayında ona bildirdilər ki, yaşadığı ərazidə yeni çoxmərtəbəli binaların tikintisi planlaşdırılır və ona məxsus evin sökülməsi ilə bağlı müqavilə imzalamaq lazımdır. Yaşadığı evdə üç ailənin yaşadığını nəzərə alaraq onlara ayrılacaq kirayə pulunun miqdarının iki ailəyə hərəsinə 850 manat verilməsi şərti ilə razılaşmışdır. Lakin Cavabdeh MMC tərəfindən onlara ayda cəmi 850 manat pul verilməsi planlaşdırıldığını bildikdə şirkətə gedib ərizə ilə müraciət edərək müqaviləni ləğv etdirmiş və evinin qeydiyyat sənədini geri almışdır. Hazırda yaşadığı mənzil bir zaldan və 3 otaqdan ibarət olduğu üçün ailəni tam qane edir. 850 manata yaşadığı ərazinin yaxınlığında ev tapmaq mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin ÖM seriyalı 118016 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 22 yanvar 2023-cü il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətçinin mülkiyyətində olan mənzilin müəyyən edilən müddətə - 24 aya söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Layihəçi mülkiyyətdə olan 113 kv.m ümumi sahəsi olan mənzilin əvəzinə mülkiyyətinə həmin sahədə tikiləcək binada hərəsinin sahəsi 70 kv.m olmaqla 2 ədəd, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli mənzili verməyi öhdəsinə götürür. Həmçinin Layihəçi mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 850 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, mülkiyyətçi söküntüsü nəzərdə tutulan mənzilə dair söküntüyə başlamaq haqqında bildirişi aldıqdan sonra 30 təqdim gününə qədər həmin mənzilin tam boşaltdıqdan və həmin tarixədək olan kommunal xərcləri ödəməlidir. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış söküntüyə başlamaq haqqında 13 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili 30 təqvim günü ərzində boşaldaraq şirkətə təhvil vermək xahiş olunur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 22 yanvar 2023-cü il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mülkiyyətçinin mülkiyyətində olan mənzilin müəyyən edilən müddətə - 24 aya söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Layihəçi mülkiyyətdə olan 113 kv.m ümumi sahəsi olan mənzilin əvəzinə mülkiyyətinə həmin sahədə tikiləcək binada hərəsinin sahəsi 70 kv.m olmaqla 2 ədəd, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli mənzili verməyi öhdəsinə götürür. Həmçinin Layihəçi mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 850 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, mülkiyyətçi söküntüsü nəzərdə tutulan mənzilə dair söküntüyə başlamaq haqqında bildirişi aldıqdan sonra 30 təqdim gününə qədər həmin mənzilin tam boşaltdıqdan və həmin tarixədək olan kommunal xərcləri ödəməlidir. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış söküntüyə başlamaq haqqında 13 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili 30 təqvim günü ərzində boşaldaraq şirkətə təhvil vermək xahiş olunur. BŞT və TTYB-nin 8 saylı Bölməsinin 12 fevral 2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı adına çağırış olmuş, 1953-cü il təvəllüdlü İddiaçı A/T 200/110, nəbzi 96, hərarəti 36.6 müəyyən edilmişdir. BŞT və TTYB-nin 8 saylı Bölməsinin 12 fevral 2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına çağırış olmuş, 1961-ci il təvəllüdlü Mətanət Əliyevanın A/T 240/120, nəbzi 98, hərarəti 36.6 müəyyən edilmişdir. BŞT və TTYB-nin 8 saylı Bölməsinin 29 fevral 2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X3 adına çağırış olmuş, 1961-ci il təvəllüdlü Mətanət Əliyevanın A/T 210/120, nəbzi 110, hərarəti 36.6 müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun yoldaşıdır. Onun yoldaşını aldadıb müqavilə imzaladıblar. Müqavilə ilə də razı deyillər. Evdə 3 ailə yaşayırlar. Polislə danışdığı vaxt elə bildilər ki, zəlzələdir, ev silkələndi. Qonşunun evini sökürdülər, onun evinin divarını da zədələyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, iddiaçı ilə üzbəüz qonşudurlar, onun qapısına da ziyan vurublar. Fəhlələr 5-10 dəqiqə işləyirlər, tozduman qaldırıb gedirdilər. Soruşanda isə Cavabdeh MMC-nin nümayəndəsi olduqlarını deyirdilər. Çəkilişlər də var. İddiaçının evinə ziyan dəydiyini görüb. Rafael müəllim gəlib baxmış və bildirmişdir ki, onlar tərəfindən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşudur. İddiaçının evini zədələyərkən o da orada idi. Qonşuları Vahidlə razılığa gəlinmiş, müqavilə bağlanmış və köçmüşdür, onların evini sökəndə iddiaçının evinə ziyan dəymişdir. İddiaçı ilə üzbəüz qonşudurlar. Mətanət xanımla şirkətin ofisinə getmiş, şirkətə niyə belə etdiklərini soruşduqda, cavab olaraq onların etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin ÖM seriyalı 118016 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh MMC ilə İddiaçı arasında 22 yanvar 2023cü il tarixli əvəzləşmə müqaviləsi bağlanmışdır. Hazırda isə İddiaçı evinin zədələnmiş hissələrinin bərpa edilməsi üçün "xxxx" MMC qarşısında öhdəlik qoyulması və ona dəymiş mənəvi ziyan üçün təzminat 50.000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən ödənilməsini xahiş edir. Lakin iddiaçı ona Cavabdeh MMC tərəfindən zərərin vrurulması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Şahid ifadələrindən də müəyyən olunur ki, sökülən fərdi yaşayış evi iddiaçının deyil, onun qonşusuna məxsus olmuş və onunla da cavabdeh arasında əvəzləşmə müqaviləsi bağlanmışdır. İddiaçı tərəf qonşusunun evini sökən zaman onun evinə də zərər vurulmasını qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında sözügedən mənzilin sökülməsi və əvəzinə yeni tikiləcək binada mənzilin təhvil verilməsi ilə bağlı əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin əvəzləşmə müqaviləsinin ləğvinə dair hər hansı sübut təqdim edilməmişdir. Həmin müqavilənin 4.1.1-ci bəndi iddiaçı tərəfindən icra edilməmişdir. Belə ki, 13 yanvar 2024-cü il tarixli söküntüyə başlamaq haqqında bildirişlə 30 təqvim gününə qədər həmin mənzilin tam boşaldılması xahiş edilmişdir. Məhkəmə bildirir ki, cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində deliktin yaranması, yəni iddiaçıya maddi və mənəvi zərər vurulması məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı evinin zədələnmiş hissələrinin bərpa edilməsi üçün "xxxx" MMC qarşısında öhdəlik qoyulması və ona dəymiş mənəvi ziyan üçün təzminat 50.000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən ödənilməsi barədə iddiası təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı evinin zədələnmiş hissələrinin bərpa edilməsi üçün "xxxx" MMC qarşısında öhdəlik qoyulması və ona dəymiş mənəvi ziyan üçün təzminat 50.000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar