Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2634/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 320 manat ödənilməmiş hissə, müqavilə üzrə geckdirilmiş vaxt üçün 2 il ərzində illik 5 faizlə hesablanmış olmaqla 32 manat məbləğində əldən çıxmış fayda, 50 manat cərimə borcu; xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 304,6 manat ödənilməmiş hissə, müqavilə üzrə geckdirilmiş vaxt üçün 2 il ərzində illik 5 faizlə hesablanmış olmaqla 32 manat məbləğində əldən çıxmış fayda, 50 manat cərimə borcu olmaqla ümumilikdə 788,6 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli və 9.901.000328 nömrəli nisyə alğısatqı müqavilələrinə əsasən Cavabdeh müvafiq olaraq 984,53 manat və 2474,48 manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli müqavilə üzrə ilkin ödəniş olaraq 344,53 manat ödəniş etmiş, qalıq 640 manatı 2 ay müddətində hər ay 320 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 320 manat ödənilmiş, qalıq borc isə 320 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli müqaviləyə əsasən isə Cavabdeh ilkin ödəniş olaraq 502,68 manat ödəmiş, qalıq 1971,8 manatı 4 ay müddətinə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş edilmiş, 1167,2 manat dəyərində mal alıcı tərəfindən geri qaytarılmış, qalıq borcu 304,60 manat təşkil edir. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh iş yeri üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Həmçinin, Cavabdeh 24.112021-ci il tarixli 058 nömrəli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, əşyalar onun evinə gəldikdən sonra hansı əşyaların gətirilməsi ilə bağlı təhvil-təslim aktının tərtib edilməsini istəmişdir. Nümayəndə gəlmiş və iki siyahı təqdim etmişdir. Lakin həmin siyahıda əşyalar kodlarla göstərilmişdir. O, isə əşyaların adının göstərilməsini tələb etmişdir. Ona, müqaviləyə əsasən 12 ədəd bakal verilməli olduğu halda 6 ədək bakal təqdim edilmişdir, mağazada olmadığından qalanın sonra təqdim ediləcəyi bildirilmişdir. Lakin o, 1 ay gözləməsinə baxmayaraq qalan bakalları gətirməmişlər. O, hər iki müqavilə üzrə təxminən 3000 manat dəyərində əşya götürmüş və ilkin ödəniş olaraq 844,53 manat ödəmişdir. Sonrakı 1 ay da ödənişləri etmişdir. Türkiyədən onun qonaqları gəlmiş və qaşıq-bıçaq dəstinin orada çox ucuz olduğunu bildirmişdir. Ona görə də o, qaşıq-bıçaq dəstini qaytarmaq qərarına gəlmişdir. O, Karaca mağazasına gəlmiş, qaşıq-bıçaq dəstinin qaytarılması və təxminən 600 manat borcun ödənilməsindən sonra borcun olmayacağı, qalan 6 ədəd bakalın isə gələcəyi təqdirdə dəyərini ödəyəcəyi barədə razılığa gəlmişlər. O, qeyd edilən ödənişi etmiş və heç bir borcu qalmamışdır. Müəyyən müddət keçəndən sonra ona ona təxminən 1600 manat borcu olması bildirilmişdir. O, isə qaşıq-bıçaq dəstini qaytardığını və daha borcu qalmadığını bildirmişdir. Onların bu barədə yeddi ay müddətində mübahisələri olmuş, dəfələrlə bu barədə telefonla danışmışlar. Sonunda isə dəstin tapıldığını bildirərək, yalnışlığa görə ondan üzr istəmişdirlər. Onun iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus və adları alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilən 2474,48 manat dəyərində əşyaları 502,68 manat ilkin ödəniş olmaqla 4 ay müddətinə ayda 500 manat, sonuncu ay isə 471,8 manat ödənilməsi şərti ilə Cavabdeh satmışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi dəyərində cərimə ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 9.901.000328 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədə adları qeyd edilən əşyalar tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 2474,48 manat dəyərində məişət avadanlığını əldə etdiyini, həmin məbləğdən 502,68 manatı ödədiyini qeyd etmiş, qalan 1971,8 manat pulu 4 ay müddətinə aylıq 500 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus və adları alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə qeyd edilən 984,53 manat dəyərində əşyaları 344,53 manat ilkin ödəniş olmaqla 2 ay müddətinə ayda 320 manat ödənilməsi şərti ilə Cavabdeh satmışdır. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi dəyərində cərimə ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli təhvil-təslim çekinə əsasən 9.901.000327 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədə adları qeyd edilən əşyalar tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 984,53 manat dəyərində məişət avadanlığını əldə etdiyini, həmin məbləğdən 344,53 manatı ödədiyini qeyd etmiş, qalan 640 manat pulu 2 ay müddətinə aylıq 320 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 9.901.000327 saylı Nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 320 manat, xx.xx.2019-cu il tarixli 9.901.000328 saylı Nisyə satış müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 9.901.000327 tnömrəli müqavilə üzrə borcu 320 manat, xx.xx.2019-cu il tarixli 9.901.000328 saylı Nisyə satış müqaviləsi üzrə isə 304.60 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə izahatında qaşıq-bıçaq dəstini qaytardığını, müqaviləyə əsasən ona 12 ədəd bakal verilməli olduğu halda yalnız 6 ədəd bakal verildiyini, onların dəyəri çıxıldıqdan sonra qalan məbləği ödədiyini qeyd edərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə bunla bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli 9.901.000328 saylı müqaviləyə 1 nömrəli əlavədən görünür ki, cavabdehin qeyd etdiyi qaşıq-bıcaq dəstinin (KRC ÇKB 84 PRÇ SANDİKLİ HALLEY GOLD) qiyməti 998 manat təşkil edir. İddiaçı iddia ərizəsində 1167,2 manat dəyərində malın alıcı tərəfindən geri qaytarıldığını qeyd etmişdir. Hazırki tələbində iddiaçı geri qaytarılmış qaşıq-bıçaq dəstinin və cavabdehə verilməmiş 6 ədəd bakalın dəyərini çıxılmaqla, ödənilməmiş borcu tələb edir. Cavabdeh qalan borcu ödədiyini iddia etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli və xx.xx.2019cu il tarixli 9.901.000328 müqavilələrin 5.3-cü bəndinə əsasən alıcı ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3 faizi dəyərində cərimə ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli müqavilə üzrə hesablanmış 50 manat cərimənin və xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli müqavilə üzrə hesablanmış 50 manat tənasübsüz yüksək olmasını nəzərə alaraq, xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat və xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat məbləğində müəyyən edilməsini, ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, həmçinin iddianın müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli müqavilə üzrə 320 (üç yüz iyirmi) manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 32 (otuz iki) manat məbləğində əldən çıxmış fayda, 10 manat cərimə borcu; xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli müqavilə üzrə 304,6 (üç yüz dörd manat altmış qəpik) manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 32 (otuz iki) manat məbləğində əldən çıxmış fayda, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 708,6 (yeddi yüz səkkiz manat altmış qəpik) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 9.901.000327 nömrəli müqavilə üzrə 320 (üç yüz iyirmi) manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 32 (otuz iki) manat məbləğində əldən çıxmış fayda, 10 manat cərimə borcu; xx.xx.2019-cu il tarixli 9.901.000328 nömrəli müqavilə üzrə 304,6 (üç yüz dörd manat altmış qəpik) manat əsas borc, müqavilə üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 32 (otuz iki) manat məbləğində əldən çıxmış fayda, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 708,6 (yeddi yüz səkkiz manat altmış qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2634/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2634/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver