Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2651/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı X2 Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X5 Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə 14.400 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı X5 Cavabdeh xx.xx.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 14.400 manat borc vermişdir. Borclu Cavabdeh aldığı borcu vaxtında qaytarmadığına görə tələbkar X2 müraciəti əsasında Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 8İ/2400 reyestr nömrəli icra qeydi verilmiş və xx.xx.2021-ci il tarixli 353 nömrəli məktubla icra qeydi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X3 tərəfindən xx.xx.2021-ci il tarixli 8İ/2400 reyestr nömrəli icra qeydinə əsasən xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə 14.400 manat borc Cavabdeh tutularaq X4 ödənilməlidir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 14.400 manat pulun cavabdehdən tutulmasına dair icra sənədi sayılan - notariusun xx.xx.2021-ci il tarixli icra qeydi mövcud olduğuna görə, hazırkı iddia tələbinə yenidən məhkəmə qaydasında baxıla bilməz. İddiaçı həmin icra qeydinin məcburi icra edilməsini tələb etmək üçün icra sənədinin göndərildiyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət etməlidir. Çünki, “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.2, 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X2 Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli 3M-499 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverilməzliyinə görə imtina edilsin. “ASAN” ödəniş sistemi vasitəsilə xx.xx.2021-ci il tarixli **********82 nömrəli mədaxil qəbzinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30,00 (otuz) manat pul X1 tərəfindən iddiaçı X4 qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2651/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2651/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver