Məhkəmə qərarları › İş №2(004)-2661/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2661/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2661/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 19.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 27.07.2019cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cəmi 500 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahdan 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X3 anandan olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahı pozulmuş, uşaqların iddiaçının yanında qalması müəyyən edilmişdir. Hazırda uşaqlar böyüdüyündən onların qayğısı da artır, onların qidalanması, geyimi, isitirahəti və sair ehtiyacları pul tələb edir. Nəzərə alınmalıdır ki, Cavabdeh "xxxx" QSC-də işləyir və aylıq maaşı 1500 manat təşkil edir. Ailənin dağılması nəticəsində uşağın psixoloji vəziyyəti korlanmışdır. Suala cavab olaraq bildirir ki, iddiaçı alimentin tutulması tələbi ilə ilk dəfə müraciət edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, uşağın psixoloji vəziyyətini onun yanında olanlar korlamışdır. O, uşaqla görüşərkən iddiaçı ona uşağın yanında deyilməməli olan sözlər demişdir. O, uşağını atmamışdır, lazım olan köməkliyi uşağına edir. Hazırda ailə qurmuşdur və kirayə evdə yaşayır, əlavə xərcləri vardır. Alimentin müəyyən edilmiş yaşayış minimumu həcmində tutulmasını xahiş edir. Suala cavab olaraq bildirir ki, əmək haqqısı rəsmi olaraq 1200 manatdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2036/2021 saylı, 22.06.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anaları İddiaçı yanında qalmaları qət edilmişdir. İş materiallarında olan 27.07.2016-cı il tarixli, AZ-İİİ 806379 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 13.07.2016-cı il təvəllüdlü X3 adlı övladları var. İş materiallarında olan 15.08.2019-cu il tarixli, AZ-İV № 325739 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 27.07.2019-cu il təvəllüdlü X2 adlı övladları var. İş materiallarına əlavə edilmiş elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh "xxxx" QSC-də idarə qulluqçusu vəzifəsində işləyir və hazırda əmək haqqısı 1500 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur, birgə nikahdan olan 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X3 anası İddiaçı yanında qalırlar. Tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Hazırda cavabdehin aylıq qazancı 1500 manat təşkil edir. İddiaçı cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tələbi təmin edilə bilər, çünki qanunvericiliyin tələbinə görə valideyndən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə cavabdehin müntəzəm gəlirinin olmasını və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, alimentin tutulması 19.04.2022-ci il tarixdən hesablanmalı və aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbinə dair iddia təmin edildiyindən cavabdeh Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.07.2019-cu il təvəllüdlü X2 və 13.07.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin Alimentin tutulması 19.04.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar