Məhkəmə qərarları › İş №2(004)-2666/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2666/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2666/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib aliment miqdarını artıraraq Cavabdeh 03.10.2007-ci il təvəllüdlü X2 yetikinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 193 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1769/2010 saylı 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 152 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Son zamanlar ölkədə qiymətlərin artırılması onun maddi durumuna çox mənfi təsir göstərmişdir. Aldığı aliment pulu uşağın ehtiyaclarını ödəmir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Daha sonra Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən uşaqların saxlanılmasında hər iki valideyn borcludur. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, hazırda işsizdir. İddiaçı ilə ayrıldıqdan sonra yeni nikaha daxil olmuş və həmin nikahdan da bir övladı dünyaya gəlmişdir. Bundan başqa müvafiq vəkil sorğusuna əsasən məlum olmuşdur ki, iddiaçı hazırda Abşeron Rayon Mərkəzi X4 Yardım Bölməsində tibb bacısı vəzifəsində çalışır və əmək haqqı olaraq 734 manat pul alır. Ən vacib məsələ isə odur ki, iddiaçı heç bir məhkəmə qərarında göstərilmədən bugünədək ondan hər ay sabit pul məbləğindən əlavə olaraq 50 manat pul almış və bunu da uşağın xəstə olması ilə əlaqələndirmişdir. Halbuki nə uşaq xəstədir, nə də bu 50 manat heç bir qərarda göstərilməmişdir. Onsuz da hazırki vəziyyətdə hər ay iddiaçıya 150 manat sabit pul məbləğini və aldanaraq əlavə olaraq təyinatı naməlum olan 50 manatı da ödəmişdir. İddiaçı oğlu X6 ilə görüşməyi üçün hər dəfə maneə yaradır və onu oğlu ilə görüşməyə qoymur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olarq bildirdi ki, uşağın saxlanılması üçün o öz öhdəsinə düşənlərin hamısını yerinə yetirir. Lakin atası öz öhdəliklərinə düşənləri etmir. Uşağa baxmaq hər iki valideyinin borcudur. Uşağın təhsil xərclərinə, yeməyinə, geyiminə pul çatdıra bilmir. O hazırda 152 manat aliment və uşağın xəstəliyi ilə bağlı 50 manat alır. Alimenti də vaxtı vaxtında ödəmir. Ürəyi istədiyi qədər və icra məmuru xəbərdarlıq etdikdən sonra ödəməyə başlayır. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, onun uşağı doğularkən travmalı doğulmuş, yəni beyindaxili təzyiqi olmuşdur. Bununla bağlı o uşağı müalicə etdirmiş və ondan sonra da heç bir xəstəliyi qalmamışdır. Habelə qarşı tərəf ona uşağı göstərmir. O, 202 manat aliment ödəyir. Alimentin artırılmasına etiraz edir. Çünki işsizdir və onun başqa bir övladı da var. Bundan artığına gücü çatmır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz etdiyini və iddia ərizəsinin təmin olunmamasına dair qtnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4165/2008 saylı, 12 dekabr 2008-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 19 avqust 2006-cı ildə Bakı şəhəri Səadət sarayında bağlanmış və 2245 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 03 oktyabr 2007-ci ildə anadan olan X3 anası İddiaçı yanında qalması, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi 10 noyabr 2008-ci ildən başlayaraq tutulub 03 oktyabr 2007-ci ildə anadan olan X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 26 fevral 2009-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 03 oktyabr 2007-ci il tarixdə anadan olmuş oğlu X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 50 manat pulun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1769/2010 saylı, 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 152 manat sabit pul məbləğində alimeentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 107810 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və 10.03.2019-cu il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 107 nömrə ilə qeyd edilmişdir. İş mayteriallarında olan 1 saylı Bakı DOST Mərkəzinin 26 aprel 2022-ci il tarixli, **********2 saylı Arayışında qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan 196753 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 24.01.2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının 05.05.2022-ci il tarixli, 763 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı hazırda Abşeron Rayon Mərkəzi X5 Yardım Bölməsində tibb bacısı vəzifəsində çalışır və aylıq əmək haqqısı 734 manatdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1769/2010 saylı, 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 152 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnamələrindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən iddiaçı işləyir, cavabdeh isə hal hazırda işsizdir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının isə işləməsini, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar