Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-268/2022 02.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Novruz oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 1800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 06 aprel 2020-ci il tarixində dünyasını dəyişmişdir və Yasamal rayon qəbirstanlığında dəfn edilmişdir. Həyat yoldaşının qəbir üstü abidəsinin düzəldilməsi üçün 5000 manata yaxın xərc və daha sonra qəbir ətrafını mərmər daşlarla düzəldilməsi üçün 3000 manatdan yuxarı pul xərcləmişdir. Mərhum həyat yoldaşı X2 vəfatından sonra miras əmlak bölgüsü ilə bağlı rəhmətliyin rəhmətlik birinci arvadından qalan 7 vərəsəsi ilə aralarında bugunkü gündə məhkəmə mübahisələri gedir, münasibətlər düşmənçilik həddindədir, hətta azyaşlı uşaqlarını da hədəfə alıb qisas almaq istəyirlər. 09.08.2021-ci il tarixdə mərhum həyat yoldaşının qəbrini ziyarət edərkən qəbirin dağıdıldığını, üzərindəki mərmərlərin sındırılaraq yararsız hala salındığını, qəbir üzərində təhqiredici hərəkətlər edilərək qəsdən əmlakın məhv edildiyini görüb 102 xidmətinə məlumat vermişdir. Araşdırma nəticəsində bu hərəkətlərin mərhum həyat yoldaşının qızı Cavabdeh tərəfindən törədildiyi məlum olub, bu gun də qəbir bərbad vəziyyətdədir. Belə ki, göstərilən əməldə inzibati xəta tərkibi olduğu üçün, yəni vurulmuş ziyanın həddi polisdə araşdırılmış və 1800 manat olduğundan Cavabdeh atası Əbdül adlı şəxsin məzarını düzəltmiş İddiaçı maddi ziyan vurması xüsusatı həm İddiaçı, həm də şahid izahatlarında öz təsdiqini taparaq sübuta yetirildiyindən Cavabdeh barəsində AR-nın İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri tətbiq olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, qəbir daşlarının onun tərəfindən dağıdılmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, AR-nın İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunmasından ötrü qərarın surəti Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşına təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 6(004)-114/2021 saylı qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin baş tədqiqatçısı X1 “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 19.08. 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilən şikayətə baxılaraq, şikayət təmin edilməmiş, qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 18.10.2021-ci il tarixli, 6(103)-369/2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 6(004)-114/2021 saylı qərardandan verilmiş şikayətə baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, 12.10.2021-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3211/2021 saylı, 22.12.2021-ci il tarixli qərarından görünür ki, məhkəmə araşdırması zamanı törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə 1800 manat məbləğində ziyan vurması faktı öz təsdiqini tapdığına görə, Cavabdeh Abdul qızı AR İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona vurulmuş ziyanın 1 misli, yəni 1800 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-165/2022 saylı, 26.01.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3211/2021 saylı, 22.12.2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Abdul qızı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3211/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2) Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı Cavabdeh 1800 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin fakt iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3211/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmış və Cavabdeh Abdul qızı AR İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona vurulmuş ziyanın 1 misli, yəni 1800 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin maddənin məzmunundan da görüdüyü kimi maddi ziyanın vurulması faktı və məbləği məhkəmənin qanuni qüvvəyə minmiş 3(004)-3211/2021 saylı, 22.12.2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapdığından 2(004)- 268/2022 saylı mülki iş üzrə preyudisial qüvvəyə malikdir, əlavə sübütetməyə ehtiyac yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-268/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-268/2022
02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver