Məhkəmə qərarları › İş №2(004)-2696/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2696/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2696/2023 16.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2023-cü ilin yanvar ayından başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qanuni nikahları Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş 2 övladları onun himayəsinə verilmiş və onların saxlanması üçün hər uşağa görə 175 manat olmaqla, 350 manat aliment təyin olunmuşdur. 2022-ci ildə isə uşaqların saxlanması üçün Respublika üzrə minimum yaşayış həddi 193 manat təyin olunmuşdur. Cavabdeh bilərəkdən həmin həddə müəyyən edilmiş məbləği könüllü ödəməyib. 23 dekabr 2022-ci il tarixli “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmiş və 2023-cü ilin yanvar ayından isə qanuni qüvvə almışdır. Cavabdeh bilərəkdən qanunun tələbinə əməl etməyərək hər uşaq üçün 220 manat aliment ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, himayəsində iki uşaq var və onların təlabatının qarşılanması üçün alimentin atırılmasını tələb edir. Cavabdehin pensiya aldığı ona məlumdur. Digər əmlak məlumatları barədə məlumatı yoxdur. Əlavə olaraq iddiaçı X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı izahat təqdim etmiş və izahatında bildirmişdir ki, o, faktiki olaraq 2020-ci ildən, yəni pandemiya dövründən bu günə kimi uşaqları ilə birgə bacısı ilə yaşayır. Bütün xərclərini də bacısı çəkir. 2021-ci ilin təxminən noyabr ayından rəsmi məhkəmə yolu ilə cavabdehlə boşanmışlar. Ümumiyyətlə 2019-cu ildən onlar artıq ər-arvad kimi birgə təsərrüfat aparmamışlar. 2016-cı ildə anası rəhmətə gedəndən sonra çox vaxt bacısı evində qalmışdır. Cavabdehin birgə nikah dövründə götürdüyünü iddia etdiyi kreditlərdən onun xəbəri yoxdur. Pulu kimə xərclədiyini və hansı məqsədlə götürdüyünü bilmir. Həmişə ehtiyac içində yaşamışlar. Götürülən pullardan xəbərsizdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və əlavə olaraq məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, mülki iş üzrə 02 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında birgə nikah dövründə əldə edilmiş kreditlər ilə bağlı müqavilələri məhkəməyə təqdim edilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət edir və qoşma qismində ərizəyə "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışını da əlavə edir. O, alimenti ödəməkdən boyun qaçırmır. Uşaqlarının bütün xərclərini ödəməyə hazırdır. Lakin hazırda maddi vəziyyəti olduqca aşağıdır. Belə ki, tək gəlir yeri aldığı pensiyadır və 628 manat təşkil edir. Həmin məbləğdən bir manat belə olsun ona qalmır. Məbləğin hamısı kreditlərə və alimentə çıxılır. Kreditlərin hamısı birgə nikah dövründə götürülmüşdür. Həmin kreditlərin ödənilməsi ilə bağlı hazırki iş üzrə iddiaçı heç bir maddi yardım göstərmir. Məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan hallar nəzə alınmalıdır. Ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur. Belə ki, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar, uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. hallar qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə iclasında iddia tərəfinin vəkili kreditlərin aliment məsələsinə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Vəkil qanunvericiliyin ziddinə olaraq, öz düşüncələrini üstün tutur. Onun hazırda maddi vəziyyətinin aşağı olması, bu qədər xərclərinin olma səbəbi nədir? Birgə nikah dövründə götürdüyü və birgə təsərrüfata sərf edilən kreditlərdir. Həmçinin, kreditlər yalnız onun tərəfindən ödənilir, iddiaçı hər hansı bir maddi yardım etmir. Əgər onun pensiyadan başqa hər hansı əlavə gəlir yeri vardırsa, iddiaçı tərəfindən sübut edilsin və ya məhkəmə araşdırması ilə müəyyən edilsin. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, maddi vəziyyətinin aşağı səviyyədə olduğunun, hazırki vəziyyətində alimentin məbləğinin qaldırılması halında, alimenti ödəyə bilmə imkanının olmayacağının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4129/2021 saylı qətnaməsinə əsasən, iddiaçı qismində Ağayeva (Şükürova) Firəngiz Fuad qızının cavabdeh qismində Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı və Cavabdeh arasında Şuşa rayon VVADQ şöbəsində, xx.xx.2006-cı il tarixdə 95 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4129/2021 nömrəli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulmasının dayandırılması, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 416879 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 76 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra qadına Şükürova soyadı verilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" ASC və "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişlərin surətindən görünür ki, Cavabdeh ilə həmin banklar arasında bağlanmış kredit müqavilələri üzrə onun adıçəkilən banklar qarşısında ödənilməmiş borc öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmə hər uşaq üçün 175 manat sabit pul məbləğində təyin olunmuş alimentin məbləğini aşağı hesab edərək, bu məbləğin uşaqların saxlanılması, onların artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunması üçün kifayət etməyəcəyini diqqətə alıb, iddianın qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4129/2021 saylı qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 175 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat sabit pul məbləğində müəyyən olunmasını uyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, onun özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi üçün maddi vəziyyəti qənaətbəxş hesab edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4129/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz), cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4129/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Ağayeva (Şükürova) Firəngiz Fuad qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar