Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2699/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Vəliyeva Rəfiqə Şirzad qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ağcabədi Regional X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağcabədi Regional X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2(004)-2699/2021 saylı qərardadına əsasən müstəsna aidiyyət qaydalarına riayət edilmədiyinə görə iddiaçı Ağcabədi Regional X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(103)-5557/2021 saylı qərardadına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2699/2021 saylı iş üzrə 31 mart 2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5557/2021 saylı, 27.07.2021-ci il tarixli qərardadında da qeyd edilir ki, iddiaçıya izah edilməlidir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirir ki, iddiaya hansı məhkəmədə baxılmasından asılı olmayaraq mahiyyəti üzrə həll olunmasını istəyir, buna görə də mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, uzun illərdir məsələnin həllinə nail olunmamışdır. İşin uzadılmaması üçün xitam verilmədən məhkəmədə baxılaraq yekunlaşdırılmasını xahiş edir. Məhkəmə yuxarı instansiya məhkəməsinin göstərişini nəzərə alaraq qeyd edir ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Ağcabədi Regional X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2699/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2699/2021
18.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver