Məhkəmə qərarları › İş №2(004)-2703/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2703/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2703/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 yanvar 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflərin birgə nikahından doğulmuş 28.04.1999-cü il təvəllüdlü X4 və 06.01.2007-ci il təvəllüdlü X2 üçün ailə olaraq maddi kömək göstərmir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2(004)-1499/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş 28 aprel 1999-cu il təvəllüdlü X4 və 06 yanvar 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər uşağa görə 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik, minimum aylıq əmək haqqı məbləğinin 1,18 (bir tam on səkkiz) misli miqdarında olmaqla cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(004)-942/2017 qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Hazırda uşaqlardan biri yetkinlik yaşma çatmış, digəri X3 14 yaşı vardır. Yasamal rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın tələbatının ödənilməsini təmin etmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 31 dekabr 2020-ci il tarixdən qüvvəyə minərək 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdik ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə ödəməkdən yayınır və aliment borcu yaranmışdır. Uşağın bütün qayğısını, ehtiyacını iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı 06.01.2007-ci ildə birgə nikahdan doğulmuş qızları X1 üçün alimentin artırılması ilə bağlı iddia tələbi və ümumiyyətlə aliment ödənişi ilə bağlı cavabdehlə qarşılıqlı razılaşma əldə etdiklərini və 29.04.2021-ci ildə notariatda təsdiq edilmiş barışıq sazişi bağladıqlarını bildirmişdir. Məhkəmədən iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar