Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2710/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş 31.08.2014cü il təvəllüdlü X3 və 07.09.2016-cı il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(004)-1504/2021 saylı qətnaməsi ilə təyin edilmiş 175 manat alimentin artırılaraq 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 manat cavabdehdən sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 11.02.2021-ci il tarixli 2(004)-1504/2021 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 31.08.2014-cü il təvəlüdlü X3 və 07.09.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı iqtisadi çətinliklər dövründə cavabdehin ödədiyi 175 (bir yüz yetmiş beş) manat aliment yetərincə deyildir. Belə ki, həmin vəsaitlə uşağının saxlanılması və onun lazımi təlabatrnı təmin etmək mümkün deyildir. Hal-hazırda oğlu Yusif bağırsaq erroziyası uzanması və 1-ci dərəcəli babasil xəstəliyindən əziyyət çəkir onun bütün müalicə xərcləri onun tərəfindən ödənilmişdir. Bildirmək istəyir ki, maddi imkanı olduqca zəifdir və buna görədə uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Alimentin artırılması ilə bağlı 14.04.2022-ci il tarixdə Mediasiya iclasında cavabdehlə razılıq əldə olunmamışdır. Bu səbəbdən, mediasiya sessiyasından sonra prossesi məhkəmə qaydasında davam etdirmək barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, valideyn kimi məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləğini vaxtında ödəyir, valideyn kimi öz vəzifələrini icra edir. Həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi aliment məbləği cavabdehin hazırkı maddi vəziyyətinə uyğun deyildir. Hazırda heç bir yerdə işləmir. Hesab edir ki, alimentin miqdarının artırılmasına zərurət yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(004)-1504/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh yetkinlik yaşına çatmayan 31.08.2014-cü il təvəllüdlü X3 və 07.09.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) cəmi 350 manat aliment sabit pul məbləğində tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 28 yanvar 2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 04.06.2021-ci il tarixdə ləğv edilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ№ 829896 saylı, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 sentyabr 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 18 sentyabr 2016-cı ildə, 5414 sayla qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 26 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ№ 411072 saylı, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 31 avqust 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 2014-cü ildə, 5735 sayla qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 25 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar, bu nikahdan 31.08.2014-cü il təvəllüdlü X3 və 07.09.2016-cı il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. 31.08.2014-cü il təvəllüdlü X3 və 07.09.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) cəmi 350 manat aliment sabit pul məbləğində tutulması qət edilmişdir. Hal hazırda iddiaçı uşaq barəsində Yasamal rayon məhkəməsi tərəfindən 1 il bundan əvvəl təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə, heç yerdə işləmədiyini əsas gətirərək hər uşaq üçün 193 manat aliment ödəyə bilməyəcəyi üçün ərizənin rədd edilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olmasına əsaslanmaqla tələb edir. İddiaçı, müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiasını azyaşlı uşaqlara baxmaq və onların ehtiyaclarını ödəməyin çətin olması və alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını isə hazırda heç yerdə işləməməsi ilə əsaslandırmışdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Əlavə olaraq məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumu ilə bağlı məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə və ya daha çox müəyyən edilməsi anlamına gəlmir. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərindən göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər və ya aliment ödəməkdən azad edə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki iş üzrə isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmamaqla, işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment ödəyicisi olan şəxsin (cavabdehin) ondan tələb olunan məbləğdə alimentin ödəməyə imkan verən maddi durumunun yaxşılaşmağa doğru dəyişiklərin olması ilə bağlı hallar müəyyən edilmədiyindən, cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa, iş izrə iddiaçı da əmək qabliyyətlidir, uşağın saxlanması hər iki valideynin borcudur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2710/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2710/2022
02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver