Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2728/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8130 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. Cavabdeh göstərilən məbləği hər ay 450 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş, lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiyini bildirmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "İddiaçı" MMC-dən ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə 8100 manat borcu mövcuddur. İş materiallarında olan 215/20 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə olan borcunu ödəmədiyi təqdirdə məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırılacaqdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 12, 60, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1,427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini nəzərə alaraq müəyyən etdi: Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, cavabdehin 8100 manat borcu qalmaqdadır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8100 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №2(004)-2728/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2728/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver