Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2731/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 40000 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 40030 manatın tutularaq X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh1 arasında 02.11.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmişdir. Müqavilənin 1-ci bəndinin tələbinə əsasən “Borc verən” “Borc alana” cəmi 40000 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” kredit məbləğini 12.11.2020-ci il tarixinə qədər tam olaraq “Borc verənə” ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh bu günədək borcunu ödəməmişdir. Həmin müqavilənin 9-cu maddəsinin tələbinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razlıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 arvadı Cavabdeh2 borc məbləği vaxtlı vaxtında icra olunmasına “Borc alanla” birgə kredit üzrə öhdəliklər icra olunmadıqda onların icrasını tam olaraq öz üzərinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.11.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) tərəfindən Cavabdeh1 (borc alan) 40000 manat məbləğində pul borc vermiş, Cavabdeh1 isə 12.11.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 40000 manat məbləğində borc verilmişdir. Bu iş materiallarına əlavə edilmiş Kredit müqaviləsində də öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan 02.11.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) tərəfindən Cavabdeh1 (borc alan) 40000 manat məbləğində pul borc vermiş, Cavabdeh1 isə 12.11.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 40000 manat məbləğində pulun hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 40000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi Cavabdeh2 pulu tutulması hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materaillarında olan kredit müqaviləsindən görünür ki, müqavilənin tərəfləri İddiaçı ilə Cavabdeh1dur. Cavabdeh2 həmin müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 40000 (qırx min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2731/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2731/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver