Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2736/2020 04.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 15 faizlə 48 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 10035.65 USD Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 16745.49 AZN təşkil etmiş, kreditin müddəti xx.xx.2032-ci il tarixədək təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il fevralın 25-dək Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15529.47 AZN əsas borc, 4233.80 AZN faiz və 0.13 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 19763.40 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 “xxxxxxxxx” ASC- nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15529.47 AZN əsas borc, 4233.80 AZN faiz və 0.13 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 19763.40 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsilə) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı İKB ASC-dən illik 15 faizlə, 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 10035.65 ABŞ dolları Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 16745.49 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2032-ci il tarixədək təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən böyun qaçırır. 2020-ci il fevralın 25-dək Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 15529.47 manat əsas borc, 4233.80 manat faiz və 0.13 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19763.40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 445.2.1, 462.1, 470.1, 477.0.4 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ilə İddiaçı İKB ASC («xxxxxxxx» ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 15529 (on beş min beş yüz iyirmi doqquz) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 4233 (dörd min iki yüz otuz üç) manat 80 (səksən) qəpik, cərimə üzrə 0.13 (on üç) qəpik olmaqla, ümumilikdə 19763 (on doqquz min yeddi yüz altmış üç) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «xxxxxxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı İKB ASC («xxxxxxxx» ASC) arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 15529 (on beş min beş yüz iyirmi doqquz) manat 47 (qırx yeddi) qəpik, faiz borcu üzrə 4233 (dörd min iki yüz otuz üç) manat 80 (səksən) qəpik, cərimə üzrə 0.13 (on üç) qəpik olmaqla, ümumilikdə 19763 (on doqquz min yeddi yüz altmış üç) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «xxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2736/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2736/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver