Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-274/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 1448.81 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış 08.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şəıtilə 8917 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə boreverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə boreverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24.06.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 1448.81 ABŞ dolları faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor «xxxx» KB ASC öz tələbinin məlikəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, işin faktiki hallarına görə Cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış 08.11.2014-cü il tarixli, 5646nkYSM/14 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 48 ay müddətinə 24% olmaqla 8917 ABŞ dolları nağd kredit vermişdir. Sonradan tərəflər arasında 08.11.2014-cü il tarixli 5646nkYSM/14 saylı kredit müqaviləsinə 10.06.2016-cı il tarixli Saziş imzalanmışdır. Sazişin şərtlərinə görə aşağıdakı dəyişikliklər edilmişdir: Kredit üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilməsi; Faizlərin isə müddətin qurtardığı vaxt alınması; Kredit müqaviləsinin müddətinin 08.11.2018-ci il tarixədək müəyyən olunması; Kredit müqaviləsi üzrə kredit məbləği tam ödənildiyi təqdirdə faizlərin hesablanaraq ödənişi təmin olunması; Kredit üzrə borc qalığının Borcverənə qaytarılmasının dövriliyini müəyyən edən yeni döniş cədvəli tərtib olunması və həmin cədvəlin Kredit müqaviləsinə 2 saylı əlavə hesab edilməsi; Kredit müqaviləsinin digər şərtlərinin dəyişdirilmədən saxlanılması; Əsas məbləğdən qalıq 1639.68 ABŞ dolları və 2018.40 ABŞ dolları məbləğində faizin müddətin qurtardığı vaxtda birdəfəlik ödənilməsi. Göründüyü kimi, tərəflər arasında bağlanmış 17.12.2014-cü il tarixli 9118nkNAR/14 saylı kredit müqaviləsinə 0 1.06.2016-cı il tarixli Əlavə Sazişə görə cavabdehin həmin günə təkcə əsas borc üzrə qalıq məbləği 6679.0 ABŞ dolları və faiz borcu 189.57 ABŞ dolları olmuşdur. Sazişə görə 08.11.2018-ci il tarixədək cavabdeh tərəfindən hər ay ödənilməli məbləğ 180 ABŞ dolları təşkil etməli, aylıq ödəniləcək həmin vəsaitlər isə yalnız əsas borca silinməli, əsas məbləğdən qalıq 1639.68 ABŞ dolları və 2018.40 ABŞ dolları faiz məbləği isə müddətin sonunda - 08.11.2018-ci il tarixdə birdəfəlik ödənilməli idi. Ekspert isə öz rəyində borcun hesablanmasına münasibətdə kobud yanlışlığa yol verərək, yalnız faiz borcunu 1249.44 ABŞ dolları kimi müəyyən etmişdir. Halbuki, hazırki mübahisənin əsası kimi tərəflər arasında bağlanmış 17.12.2014-cü il tarixli 9118nkNAR/14 saylı kredit müqaviləsinə 01.06.2016-cı il tarixli Əlavə Saziş çıxış edir və borcun müəyyən edilməsi zamanı Sazişin şərtləri nəzərə alınmalı idi. Belə olduğu təqdirdə hesab edirik ki, ekspert tərəfindən düzgün rəy verilməmişdir. Cavabdehin banka kredit müqaviləsinin qüvvədə olma tarixinə müqavilə üzrə ödənilməmiş 1448.81 ABŞ dolları borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini edərək bildirdi ki, o banka olan borcundan 1000 ABŞ dolları təklif etmiş, lakin bank isə ondan daha artıq borcunun olduğunu bildirərək onun təklifi ilə razılaşmamışdır. Onun banka tələb edilən miqdarda borcu yoxdur. Ümumiyyətlə ekspert rəyi ilə razıdır. Qeyd edilənləri nəzərə alaraq, ekspert rəyində göstərilmiş məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5646nkYSM/14 nömrəli, 08.11.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, «xxxx» KB ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 % ödəmək şərtilə 8917 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.06.2016-cı il tarixli Sazişdən görünür ki, xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 5646nkYSM/14 nömrəli, 08.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilmiş, faizlər isə müddətin qurtatdığı vaxtdan alınması, kredit müqaviləsinin müddətinin 08.11.2018-ci il tarixədək müəyyən olunması razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» KB ASCyə olan 0 ABŞ dolları əsas borc, 1448.81 ABŞ dolları faiz borcu, 0 ABŞ dolları cərimə, cəmi 1448.81 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan 19.05.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcunu ödəməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.12.2020-ci il tarixli 9/3678 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, Cavabdeh 08.11.2018-ci il tarixinə, kredit müqaviləsinin qüvvədə olma tarixinə əsas borc üzrə 0.00 ABŞ dolları, faiz borcu üzrə 1249.44 ABŞ dolları borcu vardır. İş materiallarında olan 14.04.2021-ci il tarixli, 9/983 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, Cavabdeh 08.11.2018-ci il tarixinə, kredit müqaviləsinin qüvvədə olma tarixinə əsas borc üzrə 0.00 ABŞ dolları, faiz borcu üzrə 1249.44 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci madddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 5646nkYSM/14 nömrəli, 08.11.2014cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə illik 24 % ödəmək şərtilə 8917 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 10.06.2016-cı il tarixli Sazişə əsasən, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 5646nkYSM/14 nömrəli, 08.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilmiş, faizlər isə müddətin qurtatdığı vaxtdan alınması, kredit müqaviləsinin müddətinin 08.11.2018-ci il tarixədək müəyyən olunması razılaşdırılmışdır. Cavabdeh bank ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən 1448.81 ABŞ dolları məbləğində faiz borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10.12.2020-ci il tarixli 9/3678 nömrəli və 14.04.2021-ci il tarixli, 9/983 nömrəli rəylərinə əsasən, Cavabdeh 5646nkYSM/14 nömrəli, 08.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 08.11.2018-ci il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) «xxxx» KB ASC-yə faiz borcu üzrə 1249.44 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1249 (bir min iki yüz qırx doqquz) ABŞ dolları 44 (qırx dörd) sent məbləğində pul vəsaiti tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 13.77 %-i, yəni 4 (dörd) manat 13 (on üç) qəpiyi iddiaçıya aid edilməli, qalan 86.23 %-i, yəni 25 (iyirmi beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 245 (iki yüz qırx beş) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı iddiaçıdan, digər 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1249 (bir min iki yüz qırx doqquz) ABŞ dolları 44 (qırx dörd) sent məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 13.77 %-i, yəni 4 (dörd) manat 13 (on üç) qəpiyi iddiaçıya aid edilsin, qalan 86.23 %-i, yəni 25 (iyirmi beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» KB ASCyə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 245 (iki yüz qırx beş) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı iddiaçıdan, digər 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-274/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-274/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver